Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus nəşrindən sensasion iddia: Kreml Bakıdan cavab gözləyir


“Moskva Bakıya öz hərbi planını təqdim edib”; Azərbaycanla Rusiya arasında intensivləşən hərbi müzakirələrin detalları açılır; Bakı-Moskva marşrutu üzrə yüksək səviyyəli qarşılıqlı səfərlərin daha bir pərdəarxası...


Bu da əslində səbəbsiz deyil. 

Əvvəla, ona görə ki, Sergey Şoyqu sıradan bir şəxs deyil, Rusiya kimi iri bir dövlətin, böyük silah satıcısı olan ölkənin müdafiə sisteminə rəhbərlik edən, hərbi-sənaye kompleksinə ən yaxın olan, generalitetin başında duran şəxsdir. Eyni zamanda prezident Vladimir Putinin inandığı fiqurlardan biridir. 

İkinci yandan, onun Bakı səfəri elə Vladimir Putinin Bakı səfərindən dərhal sonraya təsadüf edib ki, bu da həmin səfərə xüsusi ağırlıq qatıb. Yəni belə qənaət hasil olur ki, Azərbaycandan qayıdan Rusiya prezidenti güc nazirini ölkəmizə elə özü göndərib ki, bu da operativ rejimdə həllini gözləyən hansısa ilkin anlaşmalar və ya planlarla bağlı olub. 

Bu qənaəti möhkəmlədən başqa bir mühüm məqam əlbəttə ki Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Şoyqudan iki gün öncə Moskvada olması, orada öz həmkarı ilə danışıqlar aparmasıdır. 

***
Maraqlıdır ki, dünən Rusiyanın nüfuzlu nəşrlərindən olan “İzvestiya” qəzeti yazıb ki, S.Şoyqu Bakı səfəri zamanı Azərbaycan rəhbərliyinə Rusiyanın hərbi planını təqdim edib. Qəzet yazır: “RusiyaAzərbaycanın müdafiə nazirləri Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması və Rusiya silahlarının tədarükünə dair planların mübadiləsini ediblər. Bu səylərin yekun hədəfi - qarşılıqlı etimadı gücləndirmək və regionda insidentləri önləməkdir”. 



“Paralel surətdə Rusiya silahlarının Azərbaycana çatdırılması ilə bağlı nomenklatur dəyişikliklər müzakirə olunub”, - deyə nəşr hərbi-diplomatik dairələrdəki etibarlı mənbəyə istinadən daha sonra qeyd edib. “İzvestiya” qaynağının sözlərinə görə, Şoyqu Bakı səfəri çərçivəsində Azərbaycan rəhbərliyinə Rusiya hərbi idarəsinin təkliflər paketini təqdim edib və Azərbaycan tərəfindən qarşılıqlı təkliflər alıb. “İndi qalır tərəflərin öz mövqelərini razılaşdırması” - qəzet vurğulayıb.

Rusiya müdafiə nazirinin Bakıda apardığı danışıqların başqa mühüm mövzusu, məlum olduğu kimi, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq olub. “İzvestiya”nın mötəbər qaynağının bildirdiyinə görə, söhbət bir neçə il öncə imzalanmış iri hərbi müqaviləyə qismən dəyişiklik eləməkdən gedir. 

Bu yerdə yada salaq ki, Rusiyanın müdafiə naziri Bakıda azərbaycanlı həmkarı ilə görüşdən öncə bildirmişdi: “Bizim hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı böyük proqramımız var və bu proqram düzəlişlər və bır sıra məsələlərin həllini tələb edir”. 



Nəşr daha sonra yazır: “Azərbaycan Müdafiə Nazirliyində hansı silahlardan söhbət getdiyini deyə bilmədilər. Lakin ”Silahların ixracı" (“Eksport voorujeniy”) jurnalının baş redaktoru Andrey Frolov güman edir ki, bu gün müqavilənin müəyyən ümumi məbləği var və həmin müqavilə çərçivəsində azərbaycanlılar tədarükü öncədən razılaşdırılmış bəzi silahlardan imtina edib, onları başqaları ilə əvəzləmək istəyirlər. Ola bilsin söhbət Qarabağda aprel döyüşləri zamanı istifadə edilmiş döyüş sursatlarını, məsələn, “Smerç” üçün sursatları almaqdan gedir. Nədən ki, bu, daha aktualdır, nəinki ağır hərbi sistemlərin alınması. Bakı həmçinin BMP-3-lərdən imtina edə bilər, çünki bu, hərbi əməliyyatların konkret teatrı şəraitində elə də prioritet texnika deyil. Onları zərbə sistemləri ilə - ya təzə “Smerç”lərlə, ya da “Msta” özüyeriyən artilleriya sistemləri ilə əvəz eləmək olar. Azərbaycan habelə “Mi-35" döyüş vertolyotlarının əlavə partiyasını almaq fikrindədir. Bakıda həmçinin pilotsuz uçuş aparatlarına qarşı effektli olan ”Pantsir" zenit kompleksləri ilə maraqlana bilərlər".  

*** 



Göründüyü kimi, MoskvaBakı hərbi və hərbi-texniki sahədə faktiki olaraq yeni bir anlaşmanın içindədir və “İzvestiya” nəşrinin yazdıqlarını mötəbər hesab eləsək, tərəflər hərbi əməkdaşlığın növbəti mərhələsinə çıxmaq ərəfəsindədir. Lakin bundan qabaq Azərbaycan tərəfi öz istəyini konkret şəkildə qarşı tərəfə çatdırmalıdır.
 
Nəşrin vurğuladığı kimi, “İndi qalır tərəflərin öz mövqelərini razılaşdırması”. Yəqin ki, bu proses uzun çəkməyəcək, Bakının cavabı gecikməyəcək. Ən azı ona hörə ki, hərbi və hərbi-texniki məsələlər yubanmağı sevmir. Üstəlik, ortada həll olunmamış Dağlıq Qarabağ ixtilafı kimi müştərək problem var. 



İş də ondadır ki, Rusiya Azərbaycana həvəslə müasir silahlar satmaqla kommersiya maraqları ilə yanaşı, şübhəsiz ki, siyasi və geosiyasi maraqlar da güdür. O cümlədən Azərbaycanın müəyyən hərbi ehtiyaclarını ödəməklə onu Kremlə daha möhkəm bağlamaq, ölkəmizi Avrasiya layihələrinə, hətta KTMT-yə qoşmaq, Qarabağ ixtilafının həllində müəyyən irəliləyişi təmin edib, bu fonda özünün sülhməramlılarını bölgəyə yeritmək üçün əlverişli zəmin hazırlamaq hədəfləri də var.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar