Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Bakı ilə “kökə” dilində danışır


Hakim nomenklaturanın, deputat korpusunun və siyasi elitanın müəyyən hissəsi, “5-ci kolon” ölkəni “ayı ağuşu”na itələməyə çalışır...


Azərbaycanın daxili və xarici siyasətində Rusiyaya yaxınlaşmanın gücləndiyini görməkdən ötrü siyasətçi, yaxud siyasi ekspert olmağa ehtiyac yoxdur. 

Artıq bu, adi gözlə hiss edilir, həyatın müxtəlif sferalarında özünü göstərir və suverenliyimiz, dövlətçiliyimiz və ölkəmizin özünün gələcəyi üçün ciddi həyəcan doğurmaqdadır. Sona ayların bəzi tendensiya və əlamətlərini sadalamaq yetər: 

- Bakıya bir-birinin arınca gizli və açıq missiya ilə ən nüfuzlu Rusiya məmurları baş çəkir - səfərlərin belə intensivliyi çoxdan idi ki, müşahidə olunmurdu. 

- Ölkə rəsmi KİV-lərində Ukrayna və dünya hadisələrinin işıqlandırılmasında vurğular tədricən Rusiyaya münasibətdə daha loyal tonlara dəyişir.

- Qərb dövlətlərinə, bir sıra beynəlxalq təşkilatlara və Azərbaycandakı avrointeqrasiya tərəfdarlarına münasibətdə təzyiq və tənqidlər güclənir.

- Azərbaycanda daxildən və xaricdən müəyyən qüvvələrin dəstəyi ilə rusiyayönlü “5-ci kolon”un fəaliyyətinin aşkar fəallaşması baş verir. 

- Moskvanın xahişinə səs verən ölkə öz daxili bazarının ziyanına olaraq, yenidən öz üzərinə Rusiyanın “meyvə-tərəvəz bazası” funksiyasını götürür.

- İctimai rəydə Qarabağ probleminin həlli və 7 rayonun qaytarılması üçün Moskva ilə yaxınlaşmanın zəruriliyi versiyası oturdulur.   

“Şübhəsiz ki, prezident bütün risklərin və vəziyyətin taleyüklü xarakterinin fərqindədir. O, Azərbaycanın suverenliyi və milli-dövlət maraqlarının ziyan çəkməsinə aparan təhlükəli ”qırmızı xətti" keçməyəcək və tədricən bərabər uzaqlıqlı balans siyasəti yoluna qayıtmağa çalışacaq" 

- Cəmiyyət Bakının əvvəllər rədd elədiyi Avrasiya İqtisadi Birliyinə ölkənin bu və ya başqa statusda daxil olmasının mümkünlüyünə altdan-altdan hazırlanır.  

- Bakı Moskvanın təzyiqləri altında Xəzərin statusu məsələsində əvvəllər qəbuledilməz olan və ölkə konstitusiyasına zidd güzəştlərə gedir.   

- Azərbaycanlıları təhqir elədiyinə görə vaxtilə ittihamlarla üzləşən Jirinovski Bakı səfəri zamanı 1-ci şəxs qismində qəbula layiq görülür. 

- XəzərRusiya ilə ortaq hərbi qüvvələr yaradılması haqda qərar qəbul edilir.

- Facebook sosial şəbəkəsində hakimiyyətin nəzarətindəki qruplarda tez-tez Putinin tənqidinə və onun imperiya siyasəti aparmasına yönəlik materialların qarşısı alınır. 

- Moskvanı qıcıqlandırmamaq üçün “vurulmuş” Makareviçin artıq təyin edilmiş konserti ləğv olunur. 

****

Bu siyahını başqa konkret faktlar və olaylarla genişləndirmək də olardı. Ancaq ölkənin siyasi kursundakı narahat meylləri hiss eləmək üçün bunlar da yetərlidir.

Qeyd edək ki, öncəki 5-6 ildə Azərbaycan prezidenti və onun komandası müxtəlif güc mərkəzləri arasında bərabər uzaqlıqlı və çevik balans siyasəti yürüdüb. Bu, xeyli dərəcədə doğru idi və ölkənin stabil, uğurlu və müstəqil inkişaf imkanlarını məhdudlaşdıran çoxsaylı risklərdən və şirniklənmələrdən yayınmaq imkanlı verirdi. 

Belə balanslı kurs çərçivəsində ölkə rəhbərliyi periodik olaraq gah Qərbə və Rusiyaya, gah da türk və İslam dünyasına konyuktur meyllənmələr həyata keçirirdi. Lakin bu meyllənmələr bir qayda olaraq, taktiki və situativ xarakter daşıyır, çox da uzağa getmir, strateji balanslaşma kursuna və milli-dövlət maraqlarına sadiqliyi şübhə altına almırdı. 
Azərbaycan siyasətində Rusiyaya bugünkü yaxınlaşma məhz ona görə ciddi narahatlıq doğurur ki, o, taktiki və situativ manevrlər çərçivəsindən çıxma təhlükəsi yaradır və daha çox şimal qonşumuzun güclənən təzyiqləri qarşısında “əyilməni” xatırladır. Əlbəttə ki, ölkə rəhbərliyinin düşdüyü situasiyanın mürəkkəbliyini başa düşmək olar. Moskva Ukraynadakı aqressiv hərəkətləri və dünya miqyasındakı “pozğunluğu” ilə elə bir siyasi “dəhşət” yaradıb ki, heç bir postsovet ölkəsi onunla münasibətləri korlamaq və analoji hadisələri öz dərisində hiss eləmək istəmir.

“Bu gün Kreml Kiyevlə ”qamçı", Bakı ilə isə “kökə” dilində danışır. Ancaq aldanmağa dəyərmi?.. Azərbaycan üçün saxlanılan “qamçı” istənilən an işə düşə və nəticəsi bizim üçün Ukraynadakından da dəhşətli ola bilər..." 

***

Bununla belə, əgər Azərbaycan prezidentinin qarant olduğu suverenlik və milli-dövlət maraqlarımızın məsələsi ortaya qoyulubsa, o zaman ölkənin siyasi kursunda Rusiyaya belə qəfil yaxınlaşma aşkar təlaş doğurmaya bilməz. Şübhəsiz ki, prezident bütün riskləri və vəziyyətin taleyüklü xarakterini dərk edir. O, Azərbaycanın suverenliyinin və milli-dövlət maraqlarının ziyan çəkməsinə aparan təhlükəli “qırmızı xətti” keçməyəcək və tədricən bərabər uzaqlıqlı balans siyasəti yoluna qayıtmağa çalışacaq.  

Narahatlıq kəsb edən məsələ hakim nomenklaturanın, deputat korpusunun və siyasi elitanın Rusiya vektoruna oriyentasiya olan müəyyən hissəsi ilə bağlıdır. Bu dairələr hakimiyyət strukturlarında və cəmiyyətdə həmişə olub, ancaq onların səsi və mövqeyi indiyədək elə də eşidilmirdi. Bu gün isə onlar həddən artıq fəallaşıblar və Azərbaycanın xarici və daxili siyasət kursuna təsir göstərib onu Rusiyanın “ayı ağuşu”na itələməyə cəhd edirlər. Məhz bu dairələr geridönməz şəkildə xeyli “odun doğraya” bilərlər. Hazırda müşahidə edilən Rusiya meyllilik də əhəmiyyətli ölçüdə onların məqsədli fəallaşmasının nəticəsidir. 

Azərbaycan özünün bütün tarixi boyu Rusiya ilə ifrat yaxınlaşmanın, dostluq və tərəfdaşlığın ona neçəyə başa gəldiyini artıqlaması ilə görüb. Və bu gün Kreml Avrasiya İttifaqına daxil olmağın qarşılığında Azərbaycana işğal altındakı 7 rayonun qaytarılmasını təklif edir. Məntiqli sual yaranır: məgər həmin rayonların işğalına Moskvanın özü dəstəkçi olmayıb? 

Hələ kim bilir, Moskvanın bizə bugünkü “bahalı hədiyyəsi” özündə hansı yeni riskləri və təhlükələri daşıyır. Qarabağın tam, ölkə suverenliyinin isə əhəmiyyətli hissəsinin itirilməsi qarşılığında 7 rayonun qaytarılmasınımı? Rusiya hərbi bazaları və siyasi strukturlarının Azərbaycanda bərpası da daxil olmaqla imperiya ağuşuna qayıtmaq müqabilində 7 rayonu qazanmağımı? 7 rayonun işğaldan azad edilməsi naminə bütün ölkənin işğal altına düşməsi və müstəqil inkişaf perspektivinin məhvinimi? Və ümumiyyətlə, hardadı o zəmanətlər ki, bu rayonlar qaytarılacaq və yeni itkilər olmayacaq. Heç yerdə!

Öz tariximizi kənara qoyaq və nə vaxtsa Rusiya üçün qardaş ölkə olmuş Ukraynanın nümunəsinə nəzər salaq. Moskva Ukrayna ilə hansı oyunu çıxarıb və çıxarmaqda davam edir? Məgər bu, hamı üçün ibrətamiz nümunə deyil? Bu gün Kreml Kiyevlə “qamçı”, Bakı ilə isə “kökə” dilində danışır. Ancaq aldanmağa dəyərmi? Axı bu, əsla ona görə deyil ki, Moskva bizi Ukraynadan çox istəyir - yəqin ki, əksinədir. Azərbaycan üçün saxlanılan “qamçı” istənilən an işə düşə və nəticəsi bizim üçün Ukraynadakından da dəhşətli ola bilər. Düşünürük ki, bunu hamı anlayır və hamı onunla razıdır. 

O halda buradan belə qənaət hasil olurmu ki, ən yaxşısı elə Rusiya ilə höcət etməmək və Kremlin iradəsi önündə əyilmək lazımdır? Xeyr! Fəqət, buradan belə bir əks-nəticə də hasil olmur ki, Moskvaya qarşı müxalifətə keçmək, hər şeydə onunla çəkişməyə girişəsən və irəli atılıb Qərbin “bağlı qapıları”nı sındırmağa çalışasan. Bu da - yox! 

Fikrimizcə, hazırkı mürəkkəb şəraitdə prezident ehtiyatsız addımlardan çəkinməklə, risklərdən və kolliziyalardan maksimum qaçmaqla bütövlükdə Moskva ilə münasibətlər xəttini düzgün qurub. Lakin bu zaman dövlətin siyasi kursunda son vaxtlar müşahidə edilən Rusiyaya söykənmə xəttinə də yol vermək olmaz. Bu qorxuludur!  (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar