Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbailli yeniyetmələr Naxçıvana yola düşüblər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilib


Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Təsdiq olunmuş proqrama əsasən Səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini  ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

Əvvəlcə tur iştirakçıları Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin büstü önündə toplaşmış, bustün qarşısına əklil qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsələndikdən sonra məktəblilər qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev  şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Qeyd olunmuşdur ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük  qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaq, onların maraqlı istiahəti təşkil olunacaqdır. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün  artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunub.

Tədbirdə çıxış edən məktəblilər, valideynlər, orta məktəblərin rəhbərləri yeniyetmələrin dünyagörüşünün və biliyinin daha da artmasına kömək göstərən bu tur-aksiyanın təşkili üçün ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.  

Sonra Səbailli məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Naxçıvana yola düşmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına yola salınıblar.
 
pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar