Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sənət adam


Aysel Əlizadə Fuad Poladovdan yazdı


Özü bir teatr, ayrıca bir sənət növü olan adamdan danışacam.  

Ona baxanda ciddi bir filmə, sanballı bir əsərə tamaşa edirsən sanki. 
Mən bilmirəm, bunca kübar, ləyaqətli duruşu kimdən öyrənib. 
Bilirəm ki, onun bir baxışı çox adamı utandırıb...  

Sənət, əxlaq dalğası yaradır adamda.  
“Sənət adam”dı O. 

Heç nə. Eləcə bir gün zəng vurdum. Onunla bir veriliş çəkmək istədiyimizi dedim. Razılaşdı. Uzatmadı. Güvəndi. 

Az qala 10 saat çəkiliş etdik, bəlkə çox. Yoruldu, bircə dəfə üzünü turşutmadı. Birlikdə günlərlə onun proqramda deyəcəyi şeiri seçdik, aylarla hazırlaşdıq çəkilişə. Musiqiçilərdən dekoracan hər detalı düşündük. “Vaxtımı alırsız, mən ulduzam” duruşu almadı heç.  Görürdü, duyurdu bizi… alabaşına iş etmək istəmirdik. Qiymətləndirirdi. Maraqlı cavabları oldu verilişdə. Heç vaxt demədiyi arzusunu dilə gətirdi. Sizin üçün dəyər nədi soruşdum.  “Məsələn, “Əli və Nino” əsərində Əlinin atası Səfər xandı”  – dedi.  “Mənə görə o xarakter Azərbaycanın kişilik simvoludu. Heç vaxt, heç kimdən rol istəməmişəm. İlk dəfədi bunu deyirəm. Səfər xanla səhnədə görüşməyi çox istərdim”.     

“Əli və Nino” çəkiləndə həmin rolu Fuad bəyə təklif edərlər düşündüm. Olmadı…
Çox şey olmadı. Ancaq çox şey də oldu.  

Sonra soruşdum: 

- Sizin səhnədə yaratdığınız Qacar öz kürsüsündə heç vaxt  şax  oturmur. Həmişə büzüşüb  bir tərəfə söykənir.  Bu onun bütün daxili narahatlığını ifadə edən detaldı. O detalı necə tapmısız? 

Fuad bəy cavab ilə aktyorluğun sirrini açdı - özü də hiss etmədən: “Şah olsa da içində ağrıları vardı, bu ağrılar onu rahat olmağa, şax oturmağa qoymurdu. Mən obrazı öyrəndikcə obraz da mənə öz duruşunu, oturuşunu öyrədir”. 

Deməli, aktyorluğun sirri bundadı. Yoxsa, adam necə kimisə başqa bir kimliyi bunca şahanə ifadə edə bilər?.. 

Obrazı elə hiss edirsən ki, o, sənin bütün bədənini hərəkətə gətirir. Səni səhnədə o idarə edir. Bu, professionallığın hamısı deyil, yarısıdı. Aktyor ruh kimi girir obraza. Sonra sanki libas kimi onu əynindən çıxarır. Professionallığın hamısı tamamı bu obrazların içində özünü itirməməkdi. Öz cildinə geri dönə bilməkdi. Kimliyini qorumaqdı. Bu da Fuad Poladov olmaqdı. 

Həm də gərək qorumağa kimliyin olsun axı...

Hər sahədə axtarsan bu cür bir, uzağı iki adam taparsan.  

Bu gün də cavan  kolleqasına dəstək verir. Talantlı aktyor Hikmət Rəhimov işdən çıxarıldığına görə Fuad bəy bunu haqsızlıq sayıb ərizəsini yazıb çıxır ADAMDT-dan. Əslində məbəd olmalı yerdən… Ola bilməyən yerdən. 

Hikmət Rəhimovu teatrda bir insidentə görə işdən çıxarıblar. Öyrəşdiyimiz adi bir kişi davasına görə. Ağır şərtlər altında bizim üçün sənət yaradan adamları itirmək belə asanmı? Necə, hansı haqla? 

Olanları müzakirə edirdik mənim də, Fuad bəyin də dostu olan rejissorla - ikimiz.  

Böyük sevgi ilə danışırdı Fuad bəydən: “Nadir bütöv adamlardan biridi dedi. Həyatda heç nə onu qıra bilmədi - nə aclıq, nə ehtiyac, nə basqı, nə itkilər. Çünki  adamın ləyaqəti, əqidəsi olanda hər şeyin öhdəsindən gəlir. Hər şeyin… Qazandıqlarına görə yalnız özünə borcludu. Heç Tanrının verdiyi istedada da borclu deyil. Qamar nə olduğunu bilmədi Fuad. Heç vaxt heç nə qamarlamayıb - kimsədən…”. 

Mən sadəcə bu böyük aktyora, bizim üçün mərdlik simvoluna çevrilən bu böyük kişiyə hər şey üçün çox sağ ol demək istədim. 

Nə qədər gec deyil, öyrənmək lazımdı ondan - adam olmağı. 

Aysel ƏLİZADƏ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar