Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddə düşmən təxribatlarının artmasının arxasındakı motiv


İşğalçı ölkə özünün Azərbaycan əleyhinə avantüralarına KTMT ölkələrini qoşmağa çalışır


İşğalçı Ermənistan Azərbaycanla sərhəddə 29 dekabrda yaşanan insidentin şokundan belə görünür ki, hələ də ayıla bilməyib. 

Bunu şəhid əsgərimiz Çingiz Qurbanovun meyitinin indiyədək Azərbaycana təhvil verilməməsi və düşmənin cəsəddən belə qisas almasından aşkar görmək olar. 

Rəsmi İrəvanı əsəbiləşdirən məqamlardan biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvlərinin (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan) həmin insidentlə bağlı Ermənistana dəstək ifadə etməməsidir. İşğalçı tərəf ümid edirdi ki, insidentin məhz Ermənistanla sərhəddə yaşanması qurumu hərəkətə gətirəcək və ən azından Azərbaycanın qınanmasına nail olacaq. 

Ancaq göründüyü kimi, bu, baş vermədi. Bir daha aydın oldu ki, Ermənistan xaric, KTMT üzvlərinin hamısı Azərbaycanla münasibətlərə mühüm önəm verir və bu münasibətləri işğalçı ölkənin cılız maraqlarına qurban vermək niyyətində deyil. Söhbət öncəliklə Qazaxıstan və Belarusdan gedir. Bu yerdə yada salaq ki, 29 olayından az sonra Qazaxıstanın İrəvandakı səfiri erməniləri məyus edən açıqlama vermiş, Azərbaycanı müdafiə eləmişdi.   

*****    
  
Qazaxıstan KTMT üzrə Ermənistanın müttəfiqi olsa da, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi təqdirdə Ermənistanı dəstəkləməməlidir və dəstəkləməyəcək”. 

Bu sözləri isə Qazaxıstandakı Altınbek Sarsınbayev adına Fondun rəhbəri, politoloq Aydos Sarım deyib. Onun sözlərinə görə, KTMT heç bir halda bütöv təşkilat deyil: “Quruma daxil olan ölkələrin hər birinin bəyan edilən hədəflərlə yanaşı, çoxlu sayda açıq deyilməyən, bəzən bir-birinə zidd hədəfləri var. Ona görə də KTMT-nin tam tərkibdə özünün hansısa üzvünə qahmar çıxacağından danışmaq axmaqlıq olardı”.

Qazaxıstanla Ermənistan arasında əməkdaşlıqdan danışsaq, bu, elə də böyük həcmdə deyil - iki ölkə arasında mal dövriyyəsi 1,5-2 milyon dollardır. Azərbaycan isə Qazaxıstan üçün qardaş ölkədir və iki dövlət arasında dövriyyə 200 milyon dollara yaxındır. İki ölkə arasında həmçinin turizm inkişaf edir, Bakı və Astana bir sıra digər inteqrasiya layihələri və təşkilatlar çərçivəsində əməkdaşlıq edir - hansılar ki, KTMT ilə müqayisədə daha perspektivli görünür”, - deyə qazax ekspert qeyd edib.

Image result for Cəbhədə

Onun qənaətincə, KTMT Qazaxıstandan ötrü daha çox Rusiya ilə dinc ayrılma təşkilatıdır: “Ona görə də Qazaxıstan Azərbaycana qarşı Ermənistan tərəfdən çıxış etməyəcək. Hansısa  diplomatik addımlar, vasitəçilik mümkündür, ancaq bundan o tərəfə heç nə olmayacaq”. 

Bundan əlavə, politoloq xatırladıb ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır və o üzdən də KTMT üzrə tərəfdaşlar bu konfliktlə bağlı Ermənistan qarşısında heç bir öhdəlik daşımır. “KTMT heç bir halda NATO-nun və ya Varşava blokunun bənzəri də deyil və ondan başqa məsələlərdə də böyük addımlar gözləməyə dəyməz” - politoloq vurğulayıb.

“KTMT-nin əlləri elə də uzun deyil. Bu, Qırğızıstanın Oş vilayətindəki konflikt zamanı da göründü. O zaman Rusiya heç nə edə bilmədi, hərgah Qırğızıstan da KTMT üzvüdür. Hansısa məsləhətlər və müəyyən kömək oldu. Bundan artıq heç nə” - qazax ekspert xatırladıb. 



Politoloq bir ildən artıqdır KTMT-yə yeni baş katibin təyin edilə bilinməməsi məsələsinə də toxunub: “Bu postu rotasiya qaydasında Ermənistan nümayəndəsi tutmalıdır. Ancaq mən belə başa düşürəm ki, Belarus və Qazaxıstan bu təyinatı sabotaj edir. KTMT Nizamnaməsinə əsasən, qurumun baş katibi bütün tərəfləri iştirakı ilə təyin edilməlidir. Ancaq belə çıxır ki, təyinat olmalı olan hər bir sammiti hansısa nümayəndə heyəti iqnor edir. Əvvəlcə bu Qazaxıstan idi. İndi isə Belarus oldu”. Onun sözlərinə görə, erməni şəxsin KTMT-nin başında görmək istənilməməsinin səbəbi Qazaxıstanın Azərbaycanla möhkəm əlaqələridir. “Belarus isə Bakı ilə əlaqələrlə yanaşı, tranzit və başqa məsələlərlə əlaqədar Rusiya ilə öz oyununu oynayır” - ekspert əlavə edib.

***** 

Beləliklə, İrəvana açıq mesaj verilib ki, Qarabağ məsələsinin hərb ssenarisi üzrə inkişaf edəcəyi təqdirdə KTMT üzvlərinin köməyinə arxayın olmasın. O halda işğalçı ölkəyə hansısa başqa dəstəyin verilməsi isə müstəsna olaraq Rusiyanın müdaxiləsi il mümkün ola bilər. Necə ki, ötən ilin aprelində ermənilərin xahiş-yalvarışı ilə Rusiya Azərbaycan Ordusunun hücumunu dayandırmaq üçün hərəkətə keçdi və atəşkəs əldə edildi. Həm də o səbəbə ki, Rusiya özü də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbilə Bakı ilə strateji əlaqələri korlamaq istəmir.



Bununla belə, işğalçı ölkənin KTMT ölkələrini, ələlxüsus da Rusiyanı özünün Azərbaycana qarşı avantüralarına qoşmaq üçün sərhəd təxribatları ara vermir. Xəbər verildiyi kimi, 29 dekabr insidentinin ardınca, bir neçə gün öncə ermənilər Tovuz rayonu ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə kustar üsulla hazırlanmış partlayıcı qurğu atıblar. Xain aksiyanı şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, həmin qurğunun daxilinə partlayış zamanı insanın sağlamlığına xələl gətirə bilən, yaxud da ki insanı öldürə bilən çoxlu sayda metal qəlpələr, partladıcı maddə doldurub və elektrik detonatoru yerləşdirilib. 

“Bu təxribat onu göstərir ki, ermənilər Azərbaycan xalqına qarşı beynəlxalq normalara və insanlığa sığmayan fəaliyyət nümayiş etdirirlər. Onların bu çirkin əməlləri və niyyətləri alınmayacaq. Bu, Azərbaycan tərəfini adekvat addımlar atmağa vadar edir. Bu, onu göstərir ki, Ermənistanın hərbi sənayesi o qədər geridə qalmış vəziyyətdədir ki, onlar ancaq belə sadə, qadağan olunmuş və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməyə məcbur qalıblar. Bununla da ermənilər özlərini gülünc vəziyyətə salırlar. Digər tərəfdən, həmin partlayıcı qurğu daha çox mülki əhaliyə, uşaqlara zərər vura bilər. Bir neçə il bundan əvvəl Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində buna bənzər üsulla hazırlanmış kukla partlamışdı və nəticədə azyaşlı uşaq həlak olmuşdu. Nə qədər ki, Ermənistan analarının öz övladlarına olan məhəbbəti Azərbaycana nifrətindən az olacaq, bu qeyri-insani vəziyyət o vaxtadək davam edəcək. Çünki bu dövlət sərhədidir, əvvəllər mülki əhalinin də zərər gördüyü Tovuz rayonudur. Ermənilər yenə də həmin istiqamətdə təxribata əl atırlar” - Ramaldanov qeyd edib.



Hərbi ekspert ermənilərin atdığı bütün təxribatçı addımların beynəlxalq normalara zidd olduğunu bir daha xatırladıb. “Onlar da bunu yaxşı başa düşürlər. Azərbaycanın müəyyən qurumları təmas xəttində yaşayan sakinlərlə mənşəyi məlum olmayan əşyalardan uzaq olmaları barədə maarifləndirmə işləri aparıblar. Bizim müdafiənin ön xəttindəki hərbi qulluqçularımız da düşmən təxribatının qarşısını layiqincə alırlar. Əgər Ermənistan dövləti öz təxribatçı əməllərindən əl çəkməsə, o zaman baş verə biləcək hər hansı insidentin nəticələrinə görə bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşəcək. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün bütün tədbirləri görür. Münaqişənin həlli sülh yolu ilə alınmasa, milli ordumuz ərazi bütövlüyümüzü müharibə yolu ilə də təmin etməyə tam hazırdır. Beləliklə, bizim əhalimizə, xüsusilə uşaqlara qarşı belə təxribatlara yol verənlər layiqli cavablarını alacaqlar. Bu cavab isə çox sərt olacaq. Mənə elə gəlir ki, bu təxribatın qarşısını ancaq güc yolu ilə almaq mümkün olacaq. Çünki ermənilər başqa cür anlamırlar”, - deyə ehtiyatda olan polkovnik bildirib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar