Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarlatanların ifadə azadlığı



Qərbdə yenə hansısa gizli və məkrli əllər islamofobiyanın növbəti dalğasını körükləmək üçün hərəkətə keçib


ABŞ-ın Texas ştatında ötən bazar İslam Peyğəmbərinin (s) karikatur sərgisinin təşkilinin ayrı anlamı ola bilməz. Bəşəriyyət bu kimi qorxulu oyunbazlılıqdan deyəsən axı təzəcə qurtulmuşdu. Amma yox. Kimlərsə, israrla qaşınmayan yerdən sağalmaz yara düzəltməyə çalışır.     

Artıq ilkin neqativ nəticə var: karikatura sərgisinin keçirildiyi salona terror hücumunun arxasından İŞİD çıxıb. Bunun nə dərəcədə gerçək olduğunu söyləyə bilmərik. Bir şey gün kimi aydındır ki, belə üzdəniraq sərgilərdən ən çox İŞİD, “əl-Qaidə” tipli təşkilatların öz tərəfdarlarını artırmaq üçün yararlanması təbiidir, məntiqlidir.

Görün, İŞİD-çilərin olayla bağlı açıqlamasında nə deyilir: “ABŞ torpaqlarında ilk hücumumuzu həyata keçirdik. İki əsgərimiz Həzrət Məhəmmədin (s) uyğun olmayan şəkildə əks olunduğu sərgiyə hücum etdi. Bu, hələ başlanğıcdır. Daha böyük və dəhşətli hadisələr olacaq”.

Necədi?
Sual yaranır: ABŞ İŞİD təhlükəsinə qarşı mübarizədə səmimidirsə, nədən öz ərazisində bu terror təşkilatına nəfəs rolu oynayan hallara qarşı barışmaz ola bilmir? Nə üçün məkrli dairələrin ifadə azadlıqlarından sui-istifadəsinə, müsəlmanların etiqad azadlıqlarının təhqir edilməsinə, Qurani-Kərimin yandırılmasına davamlı göz yumur?

Sərgiyə hücum edən terrorçular öldürüldü, bunu anladıq, bəs “ifadə azadlığı” adə altında həmin sərgini təşkil edən “ultra-demokrat” şarlatanlar, salondakı gerçək terrorçular necə olsun? Peyğəmbərin timsalında milyard yarım insanın hisslərini, inancını aşağılayanlar terrorçu deyillər ki?

Terrorçudurlar. Məsələ də bundadır ki, bəşəriyyətin yeni-yeni faciələrdən xilas üçün hər şeyi, hamını öz adı ilə çağırmaq lazımdır. Maraqlıdır ki, bu kimi həssas mənəvi məsələlərdə ənənəvi olaraq Qərb Rusiyaya uduzur. Adama qəribə gələn də budur: nəyə görə “soyuq savaş”ın başladığı dönəmdə ABŞ Kremlin əlinə işləyir?               

Bu da konkret fakt. Texas olayı ilə bağlı da Rusiya ədalətli, obyektiv mövqe sərgiləyib. Rusiya Dövlət Dumasının Texas olayına reaksiyasından buna asanca yəqinlik hasil eləmək olar: Dumadakı parlament çoxluğu hesab edir ki, Texasdakı atışma “bəşəriyyətin əsas düşmənin ekstremizm və terrorizm olduğunu bir daha təsdiqləyir”.

Bu barədə danışan “Vahid Rusiya” parlament fraksiyası rəhbərinin müavini Frans Klintseviçin sözlərinə görə, bunun əksini iddia edənlər istər-istəməz İŞİD terror təşkilatının əlinə oynayırlar. “Məhəmməd peyğəmbərin karikaturalarına gəlincə, burada söhbət xüsusi olmalıdır. Əlbəttə ki, biz ifadə azadlıqlarının əleyhinə deyilik. Ancaq eyni zamanda heç bir ifadə azadlığı da insanların dini hisslərini təhqir etmək hüququ vermir” - deputat vurğulayıb.

Qərb siyasətçilərindən, Qərb mediasından belə bir mövqe ortaya qoyulmasını siz sonuncu dəfə nə vaxt görmüsüz? Şəxsən mən yada sala bilmirəm. Rusiyadan mənim xoşum gəlmir, Azərbaycanın müstəqilliyinə ən böyük təhlükənin şimaldan qaynaqlandığına da əminəm. Amma Rusiya nə qədər avtoritar dövlət olsa belə, bu ölkədə hələ ki, anti-İslam ovqatı özünü göstərməyib - heç bir səviyyədə. Bu da var axı.
İddia edilə bilər ki, Rusiyada 20 milyon müsəlman yaşayır, zaman-zaman terror hücumlarına məruz qalıb - səbəb odur. Guya ABŞ terror hücumlarına məruz qalmayıb? Təxminən eyni sayda da müsəlman Birləşmiş Ştatlarda yaşayır. Demək, problem təməl azadlıqlarının istismar edilməsində, təhlükəli ifratlara (məqsədli) laqeydlikdədir. Halbuki bir insanın təməl azadlığı digərinin eyni azadlığı başlayan yerdə bitməlidir. Bitirmi?
***
Vicdan azadlıqlarına belə fərqli, paradoksal yanaşma müsəlman dünyasında Qərbin, ABŞ-ın deyil, Rusiyanın imicinə işləyir. Qərbə, Amerikaya bu, lazımdırmı? İslam Peyğəmbərinin (s) üzdəniraq karikatur sərgiləri onun müsəlman dünyasındakı köklü maraqlarına uyğundurmu? Hər şey qırağa, Qərb toplumu onun mövcudluğuna getdikcə daha real hədə olan islamofobiya mərəzinə “dur!” deyəcəkmi? (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar