Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son ucu bıçaqlı sevgi



Başlıqlara baxın: “20 yaşlı gənc sevgilisinə 8 bıçaq zərbəsi vurdu”; “Bakıda sevgilisini bıçaqlayan kişi tutuldu”; “Bakıda gənc qızın burnunu küçənin ortasında yumruqla qırdılar”...


Bunlar son bir həftənin içində Bakıda baş verən olayların bir qismidir.

Hər üç xəbərdə zorakılıq, şiddət var. Hər üç hadisədə zorakılıq aktı qadına qarşı törədilib.
Bir hadisə amansızlıqla həyata keçirilmiş ölümlə nəticələnib, biri ağır xəsarətlərlə müşayiət olunub, üçüncüdə fiziki təzyiqə məruz qalan qız psixoloji travma ilə qurtulub.

Əmin olun ki, ölkənin digər şəhər və kəndlərində hər gün onlarla belə hadisə baş verir: qadınlar döyülür. Biz bu cür hadisələrdən yalnız o vaxt xəbər tuturuq ki, ölüm hadisəsi olsun.
Bəzən döyülən qadının yaxınları israrlı şəkildə şikayət edəndə yenə xəbər mediaya düşə bilir, amma araya girənlər məsələni yat-yut edir, tərəfləri barışdırırlar.

Bu, ciddi problemdir. Kütləvi mədəniyyətsizliyin, kişi hegemonluğunun, yanlış təfəkkür tərzinin nəticəsidir.

İnsanlar hələ də barışmaq istəmirlər ki, Aşıq Ələsgərin dövründəki kimi deyil, indi qadınlar “nişanlıyam, özgə malıyam” demir, bu fikri yaxın qoymurlar və buna görə onları öldürmək olmaz.

Ən pisi odur ki, cəmiyyət qadına qarşı zorakılığı birmənalı şəkildə rədd etmir, əksinə, xeyli dərəcədə zorakılığa haqq qazandırır.

Bu, illərlə formalaşmış düşüncə tərzidir, qadının döyülməsi, öldürülməsi ta qədimlərdən halal buyrulub. Hətta bunun izlərini folklorumuzda da tapmaq olar: “Qızını döyməyən dizini döyər”, “Qızı özbaşına qoysan, ha halvaçıya gedər, ya zurnaçıya”, “Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq” və sair və ilaxır.

“Qızı özbaşına qoysan...” fikrinin altında müdhiş reallıqlar var. Bu məntiqə əsaslanan adamlar (atalar, ərlər, qardaşlar) onları özbaşına qoymayaraq, orta təhsil almalarına imkan verməyə, ali məktəbə sənəd vermələrinə qarşı çıxa, rəyini, istəyini hesaba almadan erkən ərə verə, evdən çölə buraxmaya bilərlər.

Onsuz da belədir. Lənətlənən sovet dövründən fərqli olaraq ölkəmizin müxtəlif guşələrində qız uşaqlarının təhsildən yayındırılması halları kütləviləşib, bəzi bölgələrdə isə faciəvi şəkil alıb.

Bu cür təhsildən, müasirlikdən kənar, cəhalətin düz ortasında olan yerlərdə hansı qadın haqlarından söhbət gedə bilər? Mümkün deyil. Burada qadınlara kölə münasibəti hökm sürür və onlar “əllərinin xamırı ilə kişi işinə qarışa bilməzlər”.

Son illərdə ordan-burdan sızıb gələn yadelli təmayüllər ölkəmizdə onsuz da unudulmamış patriarxal ənənələrə, kişi dominantlığına ikinci nəfəs verib. Minlərlə gənc, yeniyetmə oğlan əmələ gəlib ki, qeyrət, namus dağarcığına çevriliblər, öz ana-bacılarını yad gözdən qoruya-qoruya gözləri başqalarının ana-bacılarının yerişini, duruşunu, gülüşünü izləyir.

Bu kateqoriyadan olan gənclər bu cür davranışı normal sayır, “kişilik” hesab edirlər və “namus üstə davaya düşmək” ehtimalını nəzərə alaraq üstlərində bıçaq gəzdirirlər. Onlara görə, “namus üstdə türməyə düşmək kişiyə yaraşır”. Bəzən ehtiyac olmadığı halda onlar bu “hüquq”larından istifadə edirlər.

17 yaşlı Aytac adlı qızın faciəvi ölümü həm də kişi hegemonluğunun nəticəsidir. Qatil gəncdə belə bir düşüncə var ki, əgər o, bu qızı, qız da bunu sevibsə, isti münasibətləri olubsa, geriyə dönüş yoxdur, əski terminlərlə desək, əhdə xilaf çıxmaq xəyanətdir, cəzası ölümdür.
Uşaq, sən ailə qurmaq istəyirsən, yoxsa mafioz birlik yaradırsan?

Son 50 ildə milyonlarla gənc bir-birini sevib, ayrılıblar, onların ilk sevgilərinin mində biri  belə nikahla bitməyib, məsum bir sevda kimi öz aralarında qalıb. Bu cür halların ən azı yarısında iş bıçaqlanma ilə bitsəydi, bu xalqın kökü indiyə qədər kəsilmiş olardı.

Açıq şəkildə ortadadır ki, qadına münasibət məsələsində gündən-günə geri gedirik. Namus, əxlaq məsələlərində yanlış təsəvvürlərin əsiriyik. Gənc nəsil tində, məhəllədə kitabsız, elmsiz, təhsilsiz böyüyür və bir azdan onlar öz düşüncələrindəki cəmiyyət institutlarını formalaşdıracaqlar.

Bu, Talibanın, İŞİD-in, digər “qadınların müstəsna hüququ”ndan bəhs edən qruplaşmaların təbliğ etdiyi institutlardan fərqli olmayacaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar