Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda “ağac qətliamı“ davam edir

Sumqayıtda ağacların kəsilməsi ilə bağlı musavat.com-a yeni məlumat daxil olub


Məlumatda bildirilir ki, ölkə prezidentinin son tapşırıqlarına baxmayaraq, Sumqayıtda qanunsuz olaraq, ağaclarən kəsilməsi hələ də davam edir.

Belə ki, bu anlarda Sumqayıt İcra Hakimiyyətinin nümayəndələri şəhərin 10-cu mikrorayon ərazisində bir neçə binanın həyətində əkilmiş ağacların qanunsuz olaraq, kökündən çıxarılması əmrini veriblər.

Buna etiraz edən sakinlər isə polisin sərt müdaxiləsi ilə üzləşiblər. Hadisənin şahidlərinin verdiyi məlumata görə, polislər qadınlara qarşı belə, zor tətbiq edərək, onları hadisə yerindən uzaqlaşdırıblar.

Son məlumata görə, hazırda ərazidə post-patrol xidmətinin əməkdaşları növbə çəkirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə keçirdiyi müşavirədə bildirmişdi ki, ağacların kəsilməsi “vicdansızlıq, biabırçılıq və cinayətdir”.

Bununla bağlı məmurlara xüsusi tapşırıq da verən ölkə başçısı, ağacların kəsilməsinə qarşı ciddi tədbirlər görülməsinin, bu işlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulamışdı.

Ancaq belə anlaşılır ki, deyəsən, Prezidentin verdiyi bu tapşırıqlara hələ də məhəl qoyulmur.(musavat)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar