Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təkrar seçkinin tanış mənzərəsi


Xalid Kazımlı yazır


Bu ölkədə keçirilən seçkilərin halallığından, dürüstlüyündən əlini çoxdan yumuş adamlar hər dəfə iddialıların yeni bir seçki prosesinə qatılmasını görəndə heyrətlənirlər. 

Əslində o adamları qınamaq yox, alqışlamaq lazımdır ki, ölkədəki seçki mühitinin spesifikliyini bilə-bilə, özlərində güc tapır, bu anormal atmosferi dəyişmək üçün, vəsait, enerji, əsəb xərcləyirlər. 

Bu ölkədə nə vaxtsa dəyişiklik olacaqsa, mütləq xalqın iradəsiylə, seçkilər yolu ilə olmalıdır. Başqa yolu yoxdur. 

Uduzacağını, uduzduralacağını, çəkdiyi zəhmətin, xərc-xəsarətin boşuna gedəcəyini bilə-bilə entuziazmla seçkiyə qoşulmaq hər adamın işi deyil. 

Düzdür, hər dəfə namizədlərin daxilində “bu dəfə fərqli olacaq” inamı baş qaldırır, amma ölkədaxili reallığa bələd olanlar bilirlər ki, bu inam o şübhəni heç vaxt üstələmir. Ən yaxşı halda onların nisbəti 50:50-yə olur.

Hərçənd seçki kampaniyasının başladığı ilk vaxtlarda bir çox əlamətlərdən prosesin tanış marşrutla, yoxsa fərqli yollarla irəliləyəcəyini sezmək olur. Yenə də hər şeyin yaxşı, fərqli olacağına inam, bir çox rəsmilərin verdikləri vəd seçkiyə qoşulanların fikrini çaşdırır. 

Hansısa seçki dairəsində namizədliyini irəli sürmüş iddialı şəxsə nə lazımdır ki? Kimsə “xalqın səsini aı, mandatını qazan” desin. Vəssalam. Və bu sözü çox zaman deyirlər. 

Fəqət verilən vədlər reallıqla uyuşmur. Qarşı tərəf də o yeganə mandatı qamarlamaq üçün əlindəki bütün resursları işə salır, boşluq buraxmır, bütün rıçaqlardan yararlanır. Bunların bir çoxu seçki qanunvericiliyinə uyğundur, uyğun deyil, fərqi yoxdur. Məqsəd seçilməkdir və iqtidar komandasının orta manqasına daxil olan namizədin əlində inzibati resurslar ona bu məqsədə çatmaq üçün kömək edəcək. Kim imtina edər?

Bu günlərdə keçirilən təkrar parlament seçkiləri də eyni ssenariylə başa çatdı. 

MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun 85 faiz səslə öndə olduğunu, ikinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadənin isə 7,84 faiz səs topladığını bəyan edib.
Necə də tanış mənzərədir. Bu ölkədə həmişə belədir - sanki hakim partiyanın namizədi öz əsas rəqibinin on misli qədər səs almasa, haram olar. 

Bəs yerdə qalan namizədlər? Axı onların sayı 5 idi. Demək, bu beş nəfər iddialı yerdə qalan səslərin cəmi-cümlətanı 5 faizini toplaya bilib. Hərəsinə ortalama 1 faiz düşür. 

Belə seçki olarmı? Deputatlığa namizədliyini sürən, özünü buna hazır hesab edən şəxsin öz doğma rayonunda, qohum-əqrəbalarının, dost-tanışlarının yaşadığı bir məkanda cəmi bir faiz səs alması absurddur. İH başçısının müavini olan adamın da bu qədər səsi birdən toplaması da anormaldır. 

Normalda bu cür seçkilərdə ikinci tur olmalıdır və seçkinin qalibi ikinci turda müəyyənləşməlidir. Bütün demokratik ölkələrdə yeddi iddialının qatıldığı seçkidə məhz elə olur. 

Əks təqdirdə bunun harası seçkidir? Adam seçkinin ilk turunda 85 faiz səs toplayacaq qədər parlaq şəxsiyyətdirsə, nüfuzludursa, başqalarının seçkidə nə işi vardı?

Təbii ki, biz seçki prosesinin necə keçirildiyini, səslərin necə toplandığını, necə sayıldığını yaxşı bilirik. Bunu hamı bilir. Bu üzdəndir ki, aparıcı siyasi müxalifət partiyalarının iddialı şəxsləri artıq bu cür seçkilərə qatılmırlar, nə vaxtsa əlverişli və normal seçki mühitinin formalaşacağını gözləyirlər.

Amma bu öz-özünə baş verməyəcək, siyasi qüvvələrin birgə səyi, xalqın fəallığı nəticəsində baş verəcək.

Heç bu durumun alınmasında beynəlxalq üstqurum təşkilatlarının missiyalarına, xarici müşahidəçilərin roluna da etibar yoxdur. 

Srağagün Avropa Şurası Parlament Assamblesyasının müşahidəçiləri Sezar Florin Preda, Stefan Şennak, Alen Desteksi və Boqdan Torkatoriu seçki məntəqələrində səsvermə prosesini müşahidə ediblər və AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak deyib ki, səsvermə şəffaf və demokratik keçir, səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. 

Bizim seçki məmurları xarici müşahidəçiləri aldatmağı, tovlamağı çox gözəl bacarırlar. Xüsusilə aldanmağa hazır olan müşahidəçilərlə daha rahat işləyə bilirlər. 

Görünür, biz hələ bir müddət də seçkilər və onun nəticələri ilə bağlı permanent məyusluq yaşayacağıq. Tunelin sonunda işıq görünmür. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar