Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada hakimiyyət böhranı başladı


Ukraynada hakimiyyət böhranı: hakim koalisiya dağıldı, baş nazir istefa verdi


Parlamentdəki hakim koalisiya rəsmən parçalanıb, baş nazir istefa verib və yeni seçkilərin keçirilməsi məsələsi gündəmə gəlib.
 
Ali Radadakı UDAR partiyası, ardınca isə “Azadlıq” partiyası hakim koalisiyadan çıxdıqlarını bəyan ediblər.
 
UDAR partiyasının parlament fraksiyasının lideri Vitali Kovalçuk və “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok növbədənkənar seçkilərin keçirilmısini tələb ediblər.
 
Parlamentin axşam iclasında isə kürsüyə çıxan baş nazir Arseni Yatsenyuk istefa verdiyini bəyan edib. O, istefa qərarını hakim koalisiyanın dağılması ilə əsaslandırıb. Yatsenyuk bildirib ki, parlament-prezident respublikasında hakim koalisiya dağılıbsa, hökumət tam tərkibdə istefaya hetməlidir.
 
Yatsenyuk bu li fevralın 27-də hakim koalisiya formalaşdıqdan sonra Ukrayna hökumətinə başçılıq etməyə başlamışdı.
 
Ali Radanın sədri Aleksandr Turçinov parlamentin iclasında hakim koalisiyanın fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Koalisiyanın dağılması və 30 gün ərzində yenisinin formalaşmaması Ukrayna prezidentinə Ali Radanı buraxmaq üçün əsas verə bilər.
 
Arseni Yatsenyukun istefasından sonra hökumətə müvəqqəti rəhbərlik baş nazirin müavini, regional inkişaf naziri Vladimir Qroysmana tapşırılıb.
 
Ukrayna prezidenti Petro Poroşenko isə parlamentə yolladığı yazılı müraciətdə bəyan edib ki, koalisiyanın dağılması hökumətin istefası üçün qanuni zəmin yaratmır. Prezident hazırkı hökumətin fəaliyyətini davam etdirməsini arzuladığını bildirib.(musavat)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar