Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazarlar otağında hansı fiqurları saxlayır?


Aynur Camalqızı: “Mənim otağımda nar fiquru var-bu, ruzinin bolluğuna bir işarədir”; Rəşad Məcid: “Bəlkə də mənim otağımda bu cür fiqurlar var”


Həmid Herisçi: “Məndəki əsas fiqur səkkizbucaqdır”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun internetdə yayılmış sonuncu şəklində otağında at fiquru xüsusi olaraq gözə çarpır. Bu cür fiqurlara yalnız Akif Çovdarovun deyil, bir çox məmurların otaqlarında rast gəlinir. İnanca görə, at fiquru insana uğur, bərəkət gətirir. Nal (mütləq yuxarı istiqamətdə olmalıdır) isə bərəkət, xoşbəxtlik, ailə səadətinin əlamətidir. At nalının bədnəzəri qaytarması barədə inanclar da mövcuddur. 

Azərbaycanda məmurların, vəzifəli şəxslərin otaqlarında daha çox istifadə etdikləri fiqurlar at, fil, qartal və şirdir. Bunların da hər birinin öz mənası var. Məsələn, qartal dövlət-hakimiyyət, iqtidar, sonsuz qüvvət, xilaskarlıq anlamında anılır. Fil isə yüksək mövqe, xoşbəxtliyi və zənginliyi özündə təcəssüm etdirir. Şir simvolu çox əski çağlarda fədakarlıq və qanuna həsr olunan şəbihlər əsasında formalaşmış, ilahi hakimiyyəti, gücü, himayədarlığı və müdafiəni bildirirdi. 

Ümumiyyətlə, nəinki Azərbaycanda, bir çox ölkələrdə prezidentlərin, məmurların, jurnalistlərin, yazıçıların otaqlarında müxtəlif fiqurlar və rəmzlər olur. Kimisi başının üzərində qılınc, kimisi dəvə, kimisi qoç buynuzu, kimisi fil, kimisi isə at saxlayır. Bu cür inancın Çinə aid olan qədim Fen-şuy elmindən gəldiyi bildirilir. Fen-şuyun 4 min il yaşı olsa da, təsir gücü sınanıldığı üçün unudulmur. Müxtəlif xalqların nümayəndələri qədim çin elmindən bu gün də geniş yararlanırlar. Elə fiqur və rəmzlər var ki, hətta ondan çoxlu pul, gəlir əldə etmək məqsədilə istifadə edilir. İnsanlar düşünür ki, həmin fiqur və rəmzlər onların qazancının artırılmasına təsir edə bilər. Məsələn, mirvari üstündə oturan və ağzında dəmir pul saxlayan qurbağa ən güclü rəmzlərdən hesab olunur. Pulu cəlb etmək üçün pul ağacı, tısbağa, çin dəmir pullar, yelkənli gəmi rəmzlərindən istifadə olunur. Fen-şuy fəlsəfəsinə görə vəzifəsində uzun müddət qalmaq, uğur və çoxlu pul qazanmaq üçün həddindən artıq isinən otaqda oturmamalı, oturduğunuz kreslonun kürəyi qapıya tərəf olmamalı, bol pul qazanmaq üçün isə otağınızda kiçik şəlalə olması şərtdir.

Azərbaycanda kimin öz otağında hansı simvolu, fiquru saxladığını və onun hansı mənanı daşıdığını öyrənmək üçün əlimiz çatan bir neçə tanınmış şəxslə əlaqə saxladıq.

“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı otağında bir çox simvolların olduğunu və onların uğur gətirdiyinə inandığını dedi: “Mən fiqurların, simvolların uğur gətirəcəyinə inanıram. Mənim otağımda bu cür fiqurlar çoxdur. Bu fiqurlar mənə hədiyyə olunduğu üçün mən onları otağımda saxlayıram. Bütövlükdə götürəndə isə bu cür inancı olan insanlara hörmətlə yanaşıram. Çünki düşünürəm ki, onların insanların həyatında hansısa rolu var. Məsələn, alma fiqurunun uğur gətirməsi haqqında lap qədimdən fikirlər mövcuddur. At, fil fiqurlarının da insana uğur, şans gətirdiyi haqda mənim məlumatım var. Bütövlükdə yenə də deyim ki, kim bunlara inanır və bu fiqurları öz otağında saxlayırsa, mən onlara hörmətlə yanaşıram. Hər halda, bu, illərlə, əsrlərlə sınanmış bir şeydir. Fen-şuy fəlsəfəsi də, açığı, mənim üçün çox cazibədar görünür. Onunla bağlı nə informasiya əlimə keçsə oxuyuram və düşünürəm ki, hər halda, bundan istifadə etmək lazımdır. Məsələn, insanlar qoluna qırmızı rəngdə ip və yaxud da qırmızı kəmər bağlayırsa, bu insanı gözdən, nəzərdən qoruyur. Düşünürəm ki, bu cür inanclar, hər halda, insanların həyatını rövnəqləndirir”. 

A.Camalqızı otağındakı hər bir fiqurun onun üçün ayrıca bir mənası olduğunu dedi: “Mənim otağımda nar fiquru var. Mən düşünürəm ki, bu, ruzinin bolluğuna bir işarədir. Bunu mənə bir dostum hədiyyə edib. Mən də onu həvəslə öz otağımda yerləşdirmişəm. Belə fiqurlarım çoxdur. Bundan başqa, otağımda çoxlu Quran kitabları var. Daha sonra Quranı qoymaq üçün qablar var. Hər biri mənə əziz dostlarımdan, həmkarlarımdan hədiyyə olduğu üçün onları otağımda saxlayıram”.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid isə bu cür fiqurlara və ya rəmzlərə da elə də diqqətlə yanaşmadığını dedi: “Bəlkə də mənim otağımda bu cür fiqurlar var. Mən heç onlara fikir verməmişəm. Elə insanlar var ki, buna inamları var. Hansısa fiquru, rəmzi sınayırlar, bu, onlara həyat yollarında kömək olub. Amma mən elə şeylərə inanmıram”.

Yazıçı-publisist Həmid Herisçi isə otağında səkkiz bucaq saxladığını dedi: “Məndəki əsas fiqur səkkiz bucaqdır. Bilirsiniz ki, Bakının Maştağa kəndində ”Səkkiz qapı" adlı bir ziyarətgah var. Cənnətin də səkkiz qapısı olduğu deyilir. Riyaziyyatda da 8 törədici rəqəmdir. Yəni 8 bucağa, 8 rəmzinə çox böyük inam bəsləyirəm. Məndə bununla bağı çoxlu nadir əşyalar var. Onları çox dəyərləndirirəm. Özüm də 8-ci mikrorayonda yaşayıram. Yəni təsəvvür edin ki, məndə nə varsa, 8 rəqəmi ilə bağlıdır. Uşaqlıqda evimizin yanından 8 saylı trolleybus gedirdi. İndi də o, avtobus kimi bərpa olunub. Həm də bizim məhəlləyə gedən məşhur nəqliyyat vasitəsinin nömrəsi də 88-dir. Qədimlərdə avtobus nömrələrində belə bir anlayış var idi ki, 88 şəhərin başına fırlanan anlamında idi. Axı 8 rəqəmi dairə vurur. O rəqəmlərin hamısı mənim ətrafımdadır, bu rəqəmə sevgim var. Həm də ölkəmizin də tarixi 8 rəqəmi ilə bağlıdır. Bizim xalqımız xalça toxuyan xalq olub. Buna görə də biz istəsək də, istəməsək də bizdə həmişə rəmzlərə böyük etiqad olub. Çünki xalça başdan-ayağa rəmz deməkdir. Azərbaycan xalqı rəmzi mənaları sevən xalqdır. Azərbaycan xalqının hələ də öyrənilməyən böyük simvol dünyası var. Bunların içərisində isə ən məşhuru butadır. Mən bildiyimə görə, 100-ə yaxın buta var. Küsülü butalar, müharibə, sülh butası və sairə". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar