Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycana təzyiqin başladığını rəsmən elan etdi


Dövlət Departamenti Xədicə İsmayıl və Leyla Yunusun azadlığı üçün kampaniyaya start verdi; “Hökumətinizə təzyiqləri gücləndirəcəyik...”


Azərbaycanda növbəti parlament seçkilərinin rəsmi startı verildi. 

Adətən demokratiya, azad seçki problemi olan ölkələrdəki böyük seçkilər dövründə ən çox hakimiyyətlər beynəlxalq insan haqları təşkilatlarının diqqətində olur, tənqid və təzyiqlərə qarşı xeyli həssaslaşırlar, çünki istənilən səviyyəli seçkilərin beynəlxalq standartlara uyğun təşkilinə müstəsna olaraq iqtidarlar cavabdehdir.

ATƏT-in, Avropa Şurasının tamhüquqlu üzvü olan və o səbəbdən öz üzərinə təməl insan haqları, o cümlədən siyasi haqlarla (seçib-seçilmək və s.) bağlı öhdəliklər götürən Azərbaycan da hələ ki, o cərgədə, problemli dövlətlər sırasındadır. Odur ki, hər dəfə seçkilərin nəticələrini dünyaya tanıtmaqla, yəni legitimliklə bağlı hökumət ciddi problemlərlə üzləşməli olur.

Bu dəfə də belə olacağı qaçılmazdır. Ən azı ona görə ki, ölkədə öncəki seçkilər kimi yenə dürüst, bərabər, şəffaf seçkilər uçun minimum şərait, ab-hava hələ ki, yoxdur. Üstəlik, budəfəki parlament seçkiləri dönəminə hakimiyyət 2010 və 2013-cü illə müqayisədə daha zədəli, daha neqativ beynəlxalq imiclə daxil olub.

Söhbət öncəliklə Azərbaycanda mövcud olan siyasi dustaq problemindən və bu problemin son illərdə xeyli ağırlaşmasından gedir. Siyasi məhbus problemi isə bir barometrdir və bütün ölkələrdə söz-ifadə azadlıqlarının böhranlı durumundan xəbər verir ki, bu da demokratik seçki mühiti ilə bir araya sığmaz. Belə bir məşhur yanaşma var ki, “ərazisində hətta bircə siyasi dustağı olan ölkə demokratik sayıla bilməz”.

Əfsus ki, Azərbaycan da eyni sıradadır. Deməli, qarşıdakı parlament seçkilərinin legitimliyinə nail olmaq üçün ilk növbədə bu məsələdə nələrsə eləmək, yaxud konsensusa nail olmaq vacib şərtdir. Hakimiyyət bunu bildiyi üçün də bəzi önləyici, profilaktik tədbirlər görmək zorundadır - istəsə də, istəməsə də (ilkin reaksiyalar isə parlament seçkilərinə beynəlxalq diqqətin yetərincə böyük olacağından xəbər verir).   

 

Ayrı sözlə desək, 1 noyabr parlament seçkilərinin yekun nəticələrinin tanınması üçün, ATƏT, AŞPA, Avropa Parlamenti, ABŞ səviyyəsində sərt qiymətləndirmələrdən qaçmaq üçün iqtidar müəyyən güzəştli addımlar atmaq məcburiyyətindədir. Ələlxüsus da dünya siyasətinin lokomotivi olan ABŞ-ın “kafi” qiymətini almaqdan ötrü nələrsə eləmək zəruridir - hər halda indiyədək olan acı təcrübə bunu diktə edir.

***
Söz düşmüşkən, dünən ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauer Dövlət Departamentində keçirdiyi brifinqdə dünyanın hər yerindən olan 20 nəfər qadının siyahısını təqdim edib. Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, daimi nümayəndə ABŞ Dövlət Departamentinin onların azad olunması üçün dəstək kampaniyasına başladığnı vurğulayıb.
Onun sözlərinə görə, siyahıya siyasi və digər məhbusların adı daxildir: “Biz sizi unutmamışıq, biz azad olunmağınız üçün sizin hökumətlərinizə təzyiqlər göstərməkdə davam edirik”.

Departamentin siyahısında Azərbaycandan iki nəfərin - bu yaxınlarda 7,5 il həbs cəzası almış Xədicə İsmayılova ilə, 8.5 illik həbsə məhkum edilən Leyla Yunusun da adları var.

***



Dövlət Departamentinin son açıqlaması yəqin ki, Bakıda “soyuq duş” effekti yaradacaq. Ən başlıcası, bu, Bakı-Vaşinqton münasibətləri üçün növbəti, ciddi test rolunda olacaq. Çünki adları çəkilən şəxslərə hakimiyyətin yanaşması bəllidir. Başqa yandan, Amerika hökuməti bununla əslində açıq şəkildə anons edir ki, qarşıdakı seçkilərin legitimliyi böyük ölçüdə məhz bu məsələ həlindən asılı olacaq.

O mənada onsuz da vaxtaşırı gərginliklər yaşanan ziqzaqvarı Bakı-Vaşinqton münasibətləri, belə görünür, önümüzdəki parlament seçkilərində daha bir imtahandan çıxmalı olacaq - kririk imtahandan.

Hələlik ABŞ Dövlət Departamentinin iki siyasi məhbusla bağlı prinsipial mövqeyinə Azərbaycan rəsmilərindən reaksiya bildirilməyib. İlkin reaksiyadan isə çox şey aydın olacaq. Bir şey dəqiqdir ki, hakimiyyətin Vaşinqtonla münasibətlərinin soyumasında, xüsusən də seçki ilində gərginləşməsində hamıdan çox Rusiya maraqlıdır. Yəqin ki, səbəb aydındır - niyə?
Hakimiyyət üçün doğrudan da daha bir seçim anı yetişməkdədir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar