Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalılar Raqqa əməliyyatına kürdlərlə gedir


Vaşinqton İŞİD-in “paytaxtına” hücum əməliyyatına kürdlərin də qatılacağını bəyan edib, Türkiyə təkbaşına hərəkət edəcək


İŞİD Suriyadakı “paytaxtı” Raqqaya hücum əməliyyatında YPG də iştirak edəcək. Bu barədə mediaya ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandanı general Stefen Taunsend açıqlama verib. Deyib ki, Raqqaya hazırlanan hücum əməliyyatına Suriyanın şimalındakı kürd YPG qruplaşmasının da daxil olduğu Suriya Demokratik Qüvvələri də qatılacaq.

General bildirib ki, əsas silahlı gücünü YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri yaxın zaman üçün ən əlverişli qüvvədir. Onun sözlərinə görə, nəzərdə tutulan hərbi birliklər yaxın zamanlarda hərəkətə başlayaraq Raqqanı mühasirəyə alacaqlar. General etiraf edib ki, YPG mövzusu ilə bağlı Türkiyə hökuməti ilə anlaşılmazlıq yaranıb. Ancaq əlavə edib ki, hazırda Vaşinqtonla Ankara arasında bu mövzuda danışıqlar davam edir. 

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında məhz YPG mövzusunda artıq uzun müddətdir ki, dərin fikir ayrılığı mövcuddur. Türkiyə hökuməti YPG-ni PKK-nın Suriya qolu adlandırır və terror təşkilatı elan edib. Ankara hesab edir ki, PKK ilə koordinasiyalı hərəkət edən YPG Türkiyədəki terror fəaliyyətlərini və separatizmi dəstəkləyir. Ankara avqustun 24-də Suriya ərazisinə qoşun göndərib. “Fırat kalkanı” əməliyyatının əsas hədəfi Türkiyə-Suriya sərhədlərində mövcud olan İŞİD və YPG qüvvələrini təmizləmək, YPG-nin Türkiyə sərhədlərinə nəzarətini qırmaq, bölgədə Azad Suriya Ordusu kimi müxalif qüvvələri dəstəkləməkdir. 

Ancaq bu məsələdə Türkiyənin əsas rəqibi ABŞ ordusudur. Pentaqon xüsusən də İŞİD-in bölgədə fəallaşmasından sonra kürdlərlə yaxından əməkdaşlıq edir. Faktiki olaraq Amerika ordusu Suriyada kürd silahlı dəstələrini dəstəkləyir, onlara təlim keçir. Kürdlərin Fərat çayının sol sahilinə keçməsi Ankaranın ciddi təpkisinə səbəb olmuşdu, daha sonra “Fırat kalkanı” əməliyyatı zamanı Türkiyə ordusu ilə YPG arasında qarşıdurma məhz Vaşinqtonun müdaxiləsi ilə baş tutmamışdı. 

İndi isə Vaşinqton açıq şəkildə Suriyada İŞİD-ə qarşı əsas hərbi aksiyaya, yəni Raqqanın alınması əməliyyatına YPG-ni cəlb etməsi Ankaraya ciddi mesaj olmaqla yanaşı, eyni zamanda münasibətləri gərginləşdirəcək. Prezident Rəcəb Tayyib Ərdoğan YPG-nin Menbic şəhərinə yerləşməsini sərt dildə tənqid etmiş, dolayısı ilə ABŞ-ın mane olmağa çalışdığını, ancaq bütün maneələrə baxmayaraq Menbicin alınacağını deyib.

Baş nazir Binali Yıldırım isə 4 gün əvvəl bildirib ki, ABŞ hərbçiləri Raqqa əməliyyatına Türkiyə ordusunu da dəvət edib. Ancaq əməliyyatda YPG-nin iştirak etməsi Ankaranı narazı salıb və baş nazir YPG-nin iştirak etdiyi əməliyyatda iştirak etməyəcəklərini deyib. 

Qeyd edək ki, ABŞ hökumətinin Raqqa əməliyyatına YPG-ni cəlb etməsi Ankaranın təkbaşına yerli müxaliflərlə birlikdə YPG-yə qarşı əməliyyatları davam etdirməsi anlamına gəlir. Çünki hazırda Ankaranın hədəfində Tel Rıfat, cənuba doğru isə Menbic və əl-Bab məntələqi var. Prezident Ərdoğan bəyan edib ki, əl-Babı aldıqdan sonra qoşunlar Raqqaya doğru hərəkət edəcək. Ancaq görünən odur ki, Raqqaya qədər Türkiyə ordusu və müttəfiqlərinin YPG ilə ciddi qarşıdurması olacaq. Daha doğrusu Vaşinqton Ankara ilə PYD arasında seçim etməli olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar