Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirdə kütləvi dava


4 nəfər bir nəfəri ölümcül döyüb


Mingəçevir şəhərində sürücünün yaratdığı qəza vəziyyəti anlaşılmazlığa və davaya səbəb olub, ağır xəsarət alan var.

Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Mingəçevir-Aran yolunda qeydə alınıb. Daşkəsən sakini 1975-ci il təvəllüdlü Mustafayev Roman Şükür oğlu idarə etdiyi 99-EB-091 dövlət nömrə nişanlı “BMW” markalı minik maşını ilə qarşıdakı digər bir minik maşınını ötüb keçərkən yolun əks istiqamətində hərəkətdə olan, yəni qarşı tərəfdən gələn Mingəçevir sakini 1980-ci il təvəllüdlü İsmayılov Azər Məsim oğlunun idarə etdiyi 20-BC-377 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilinin yoluna çıxaraq qəza vəziyyəti yaradıb. “VAZ 2107” markalı avtomobil yolun kənarındakı daşlıq əraziyə çıxaraq aşmaq təhlükəsi ilə üzləşib.

 “Jiquli”nin sürücüsü Azər İsmayılov “BMW”-nin sürücüsü Roman Mustafayevə onun səhvi ucbatından toqquşma anından qaçaraq maşınını aşıracağını bildirərək etiraz edib. Bundan əsəbiləşən Roman Mustafayev, bacısı oğlu 1986-cı il təvəllüdlü İsmayılov Mail Şahismayıl oğlu və maşındakı daha iki nəfər Azər İsmayılovu yumruq və ayaq zərbələri ilə ölümcül döyərək hadisə yerindən qaçıblar. Azər İsmayılov ağır vəziyyətdə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. 
 
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədənlərdən ikisi-Roman və Mail tutularaq istintaqa təhvil verilib. 
 
Hadisədə iştirak edən daha iki nəfərin tapılaraq istintaqa təhvil verilməsi üçün iş aparılır.   


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar