Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Rusiya alyansı Qarabağa nə vəd edir?


“Rusiya ilə Ermənistan o qədər yaxınlaşıb ki, problemin siyasi vasitələrlə həlli mümkünsüz görünür”


Bir il öncə pisləşən Rusiya-Türkiyə münasibətləri artıq nəinki normallaşıb, həmçinin daha da istiləşməkdədir. 

Ekspertlər iki qonşu ölkənin əlaqələrinin düzəlməsinin Azərbaycan üçün də vacib olduğunu deyirlər. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan qədər maraqlı olan qardaş Türkiyənin Rusiya ilə yaxınlıq sayəsində ən ağrılı problemimizin həllinə ciddi töhfə verəcəyi deyilir. 

İddialara görə, ABŞ-ın yeni prezidenti Donald Trampın da Qarabağ məsələsinin həllində böyük rol oynaya biləcəyi vurğulanır. Səbəb kimi Barak Obama dövründə Rusiya və Türkiyə ilə əlaqələri kəskin şəkildə pisləşən Amerikanın bu iki dövlətlə əlaqələrinin qurulmasının vacib olması ilə bağlı Trampın verdiyi açıqlamalar göstərilir. 

Lakin politoloq Qabil Hüseynli Türkiyənin Qərbdən uzaqlaşıb, Rusiyaya yaxınlaşmasını Qarabağ məsələsində ümidverici amil saymır: “Türkiyə prezidenti Ərdoğan Sankt Peterburqda Putinlə görüşəndə beş rayonun qaytarılması məsələsi həll edilmiş kimi görünürdü. Çavuşoğlu da bu məsələni çox böyük sevinclə dünyaya və Azərbaycan xalqına çatdırdı. Amma sonrakı proseslər sanki donub qaldı. Proseslər göstərdi ki, Rusiya, sən demə, bu məsələlərdə sona qədər səmimi deyilmiş. Hətta bir münaqişənin həllinə mane olacaq növbəti gedişlər etdi - Ermənistana raket silahlar göndərdi. Ermənilər bundan təkcə silah kimi deyil, psixoloji amil kimi istifadə edərək, nüvə silahına malik olmaları barədə dezinformasiyalar yaydılar. Ermənilər artıq Rusiyanı bu proseslərdə birbaşa iştirak edəcək ölkə kimi təqdim edirlər. Hətta Ermənistan prezidenti yaxınlarda bir çıxışında açıq şəkildə dedi ki, biz istəsək, Azərbaycanı təslimçi sülhə vadar edərik, ciddi zərbə vurarıq. Öz ölkəsində nüfuzunu itirən bir şəxsin bu açıqlamasından sonra Rusiyadan nə qədər ilhamlandığının şahidi olursan”.
Image result for <a href=Qabil Hüseynli">

Q.Hüseynli Rusiyanın Qafqazda daima pozucu işlər apardığını da qeyd etdi: “Bunun bir tərəfi Azərbaycana qarşı yönəlib, digər tərəfi isə Türkiyəyə qarşı istənilən an yönələ bilər. Əgər Rusiya Ermənistanla hərbi ittifaq yaradırsa, Türkiyə də Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla hərbi ittifaq yaratmaq üçün addımlar atmalıdır. Türkiyə indiyə qədər bu problemin həlli üçün, proseslərin beynəlxalq aləmdə ölkəmizin xeyrinə dəyişməsi üçün xeyli əziyyətlər çəkib. İndiki şəraitdə Türkiyə və Rusiya arasındakı yaxınlaşma ilə verilən bəyanatlar, görülən işlər ciddi əhəmiyyət daşımır. Lavrovun Türkiyəyə səfəri başlayıb, bu səfərdə Dağlıq Qarabağ məsələsi ilə bağlı gedə biləcək müzakirələri indidən söyləmək mümkün deyil. Reallıq budur ki, Rusiya ilə Ermənistan o qədər yaxınlaşıb ki, bu problemin həllinin siyasi vasitələrlə həlli mümkünsüz görünür. Yalnız Türkiyə-Azərbaycan arasındakı hərbi ittifaq yaranan balansı tarazlaşdıra bilər”.

Politoloq D.Trampın prezident seçilməsinin Dağlıq Qarabağ məsələsində oynaya biləcəyi müsbət keyfiyyətlərə də toxundu: “Ümumiyyətlə, respublikaçılar Azərbaycan və Türkiyəyə qarşı münasibətdə daha pozitiv olublar. Güman edirəm ki, Tramp bu pozitivliyi daha da artıra bilər. Onun Azərbaycanın bəzi siyasi dairələrlə əlaqələri dediyimiz sözlərə haqq qazandırır. Obama dövründə pisləşən Türkiyə ilə münasibətləri düzəltmək üçün Tramp önəmli açıqlamalar verir. Açığı, Rusiya ilə Amerikanın münasibətlərinin düzələcəyi ehtimalı bir qədər zəif görünür. ABŞ elə bir ölkədir ki, prezidentin yürütdüyü siyasət təkcə onunla bağlı deyil. Dövlət siyasəti bir sıra strukturlar tərəfindən yönləndirilir. Türkiyə ilə münasibətlər düzələ bilər. 

Çünki Türkiyənin Qərbdən uzaqlaşıb, Rusiyanın təsir məkanına çevrilən yerə yönəlməsi real görünmür. Buna imkan da verməzlər. Eyni zamanda Türkiyə rəhbərliyi buna yönəlik addımlar atsa belə, ciddi narazılıqlarla üzləşə bilər. Türkiyə anlamalıdır ki, Dağlıq Qarabağ, Yaxın Şərq və MDB məkanındakı problemlərin həlli yolu Rusiyanın zəiflədilməsindən, yerində otuzdurulmasından keçir. 

Bu məsələdə əksər analitiklərin fikirləri eynidir. Tramp da çoxlarının fikirləri ilə siyasət yürütməyə məcbur qalacaq. Türkiyə siyasətini bu reallıqlara uyğun qursa, həm özü udar, həm də Qarabağ probleminin həllinin obyektiv istiqamətə yönəlməsinə nail ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar