Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna NATO-dan silah almağa başladı

Ukrayna 4 əsir hərbçisini azad edib

 
Ukrayna 2016-cı il yanvarın 1-dən Avrpa Birliyinin azad iqtisadi zonasına daxil olacaq 

Ukrayna artıq NATO-nun Uels zirvəsindəki anlaşma üzrə silah almağa başlayıb. Bu haqda Ukraynanın müdafiə naziri Valeriy Geletey Kiyevdə keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, sazişin şərtlərinə uyğun olaraq NATO üzvü olan hansı ölkədən konkret hansı silahların alındığını açıqlamaq hüququ yoxdur: “Bu anlaşma medianın iştirakı olmadan qapalı şəraitdə imzalanıb. Yalnız onu deyə bilərəm ki, Ukrayna yalnız ehtiyacı olan silahları alır”. 

Yada salaq ki, Avropa Komissiyasının başçısı Xose Manuel  Barruzo da bu haqda danışarkən detalları açıqlamayıb. Ancaq onun sözlərindən Ukraynanın Rusiya tərəfdən hücumu dəf etmək için çağdaş texnologiyalar əldə etdiyi aydın olub.

Ukraynanın şərq vilayətlərindən həyəcanlı xəbərlər gəlməkdə davam edir. Atəşkəs rejiminin davam etməsinə baxmayaraq Rusiya Ukrayna ordusunun mövqelərini xüsusən gecə saatlarından atəş altında saxlayır. Sentyabrın 14-də Ukrayna Ordusu separatçılara əsir düşən 4 hərbçini və 1 könüllünü xilas edib. Bu haqda Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, hələ separatçıların əlində 740 hərbçi var.

Ərazi bütövlüyü ilə bağlı məsələləri çözməyə çalışan Ukrayna bir tərəfdən də Avropa Birliyi ilə münasibətlərini dərinləşdirir. Sentyabrın 14-də “Xalq cəbhəsi” partiyasının sədri, baş nazir Arseniy Yatsenyuk deyib ki, Ukrayna Avropa Birliyi ilə Asossasiya Sazişini yaxın günlərdə ratifikasiya edəcək və sənəd hüququ qüvvəyə minəcək. Onu da bildirək ki, sənədin imzalanmasından sonra Ukrayna Avropa Birliyinin azad iqtisadi zonasına da daxil olmayacaq. Bu haqda anlaşma sentyabrın 12-də Brüsseldə Avropa Birliyi-Ukrayna-Rusiya Federasiyası formatında nazirlər səviyyəsində keçirilən müzakirələrdən sonra əldə edilib. Tərəflər Asossasiya Sazişinin bu bölümünün 2015-ci il dekabrın 31-dək təxirə salınmasını razılaşdırıblar. (müsavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar