Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-çı deputatdan ilginc reaksiya: “İndi kim cibinə mandat qoyursa...”


Siyavuş Novruzov: “Onda o deputatların biri türmədə yatırdı, o birisi də bilmirəm, hardaydı”


“Əvvəl parlamentin qərarı belə idi ki, həftədə iki dəfə Milli Məclisin iclasın keçirilməlidir, ikinci və beşinci 5-ci günlər. 

Milli Məclis bu barədə 1995-ci ildə qərar qəbul etmişdi. Sonra isə parlament qərar verdi ki, iclaslar ayda iki dəfədən az olmayaraq keçirilməlidir. Bu qərar 2002-ci ildə qəbul olunub, bu gün qəbul olunmayıb”. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov musavat.com-a açıqlamasında bildirdi. YAP funksioneri bəzi deputat həmkarlarının parlament iclasları ilə bağlı son açıqlamalarına da etiraz etdi. 

Onun sözlərindən belə anlaşıldı ki, deputat həmkarları Fərəc Quliyev və Fəzail Ağamalı “Yeni Müsavat”a Milli Məclisin iclaslarının uzun fasilələrlə keçirilməsindən danışarkən fikirlərini kifayət qədər əsaslandıra bilməyiblər: “Onda o deputatların biri türmədə yatırdı, o birisi də bilmirəm hardaydı. Ona görə də bu şeyləri bilmirlər. Mən onda Milli Məclisin deputatı idim. İndi kim cibinə mandat qoyur, elə bilir ki, hər şeyi bilir. Mən 20 ilin deputatıyam e, indinin deputatı deyiləm. Qoy camaat bilsin ki, Daxili Nizamnamədə bu dəyişiklik 2002-ci ildə olub, indi olmayıb ki. Bu, Milli Məclisin bütün üzvlərinin razılığı ilə təsdiq olunan məsələdir”. 

S.Novruzov plenar iclaslar arasındakı fasilələrdə də deputatların kifayət qədər işlər gördüyünü vurğuladı: “Deputat komitələrdə işləməlidir, seçicilərlə görüşməlidir, onların təklifləri əsasında məsələlər qaldırmalıdır, qanunvericilik təşəbbüsü ilə məşğul olmalıdır. Hökmən deyil ki, Milli Məclisin deputatı ancaq iclasda otursun. Orda sıralanır da kimlər qanunverici təşəbbüslərlə çıxış edə bilər. Məsələn, elə götürək məni. Qəbiristanlıqlar haqqında qanun layihəsini təqdim edəcəyəm. Mən bunu 20 instansiya ilə razılaşdırmalıyam. Yeri biri verir, ona nəzarəti digəri edir, digəri başqa işi yerinə yetirir. Qanunu qəbul elə, qoy masanın üstünə, bununla iş bitmir ki. Gərək həmin 20 qurumun hamısı ilə bir-bir razılaşdırılsın. Bu qurumların hamısı qanun layihəsinə viza verməlidir. Hər bir qanun layihəsi ilə bağlı 20 instansiyadan viza alınmalıdır. Mən neçə ildir komitə sədriyəm, bu işlərin işindəyəm. Bunlar bilmirlər, belə şeylər danışırlar”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar