Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Güc və Ağıl” tamaşasına ictimai baxış keçirilib


Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrında yenə əsl teatr bayramı əhval-ruhiyyəsi hiss olunurdu

    
Belə ki, inkişaf etməkdə olan Mingəçevir teatrı   yeni tamasa ilə tamaşaçıları sevindirmək ərəfəsindədir.  Teatrda  yazıçı Əli Səmədlinin “Cəsurlar” nağıl- pyesi əsasında hazırlanmış “Güc və Ağıl” tamaşasının 01.10.2015-ci il tarixində ictimai baxışı keçirilib.

Baxış tamaşasında teatrın bədii şurası, yaradıcı heyəti ilə bərabər, ilk dəfə olaraq Mingəçevir şəhərinin əksər məktəblərinin müəllim və şagird nümayəndələri də iştirak etmişlər. Maraqla qarşılanan tamaşanın müzakirəsində müəllimlər və şagirdlər yüksək fəallıq göstərmiş, əsərin movzu və ideyasının bu günlə uyğunlaşdırılması, vətənpərvərliyin, cəsurluğun, düşmənə qarşı mübarizənin ön plana gətirildiyini qeyd etmişlər.

Tamaşada hadisələrin nağıl kontekstindən  çıxarılaraq bu gün xalqımızın apardığı Qarabağ müharibəsi mövzusu ilə əlaqələndirilməsi   balaca teatrsevərlərdə böyük maraq doğuraraq vətənpərvərlik hissi aşılaya bilib.

Azərbaycanın Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu tamaşada E.İbrahimova, A.Məmmədov kimi təcrübəli aktyorlarla yanaşı teatrın gənc aktyor heyətindən də  rol alanlar  vardi.
    Müzakirələr zamanı  tamaşaçılar rəssam işinin, musiqi tərtibatının yüksək səviyyədə olduğunu xüsusi vurğulayıblar.

    Yaxın günlərdə “Ağil və güc” tamaşası balaca tamaşaçılara təqdim olunacaq. 
Müəllim və məktəblilər yeni hazirlanmış tamaşanin  ilk dəfə olaraq, onların iştirakı ilə müzakirə edilməsini razılıqla qeyd ediblər.

  Muzakirələr zamanı çıxış edən teatrın direktoru Səxavət Məmmədov yeni hazırlanmış uşaq tamaşalarında  belə muzakirələrin teatrda bir ənənə halını alacağını bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar