Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«QHT nümayəndələrinin həbsi məndə narahatlıq yaradır»


«Azərbaycanın iqtisadi inkişafının əsasında insan hüquqları və açıq dialoq durmalıdır»


On gün əvvəl Azərbaycana gələn Birləşmiş Millətlər Təşkilatının (BMT) Biznes və İnsan Hüquqları üzrə işçi qrupunun gəldiyi qənaət belədir.

Avqustun 27-də Bakıda keçirdikləri mətbuat konfransında İşçi Qrupun üzvləri neft-qaz gəlirləri nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə endiyini və yerli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırıldığını deyiblər. 

Qrupun insan haqları üzrə eksperti Pavel Sulyandziga çıxışında Azərbaycandakı son həbslərə də toxunub:

«Səfərimizdən bir müddət əvvəl bir qrup tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı həbs-qətimkan tədbirinin seçilməsi, hüquq-müdafiə təşkilatlarının bank hesabları və qeydiyyat problemləri ilə  üzləşməsi məndə narahatlıq doğurur. Hökumət hüquq müdafiəçilərinin qanuni və dinc fəaliyyətinin əngəlsiz həyata keçirilməsini təmin etməlidir».

İşçi Qrupun digər üzvü Puvan Selvanathan Azərbaycan qanunvericiliyinin insan hüquqlarının müdafiəsi üçün möhkəm zəmin yaratdığını deyib. BMT ekspertinin fikrincə, bunun üçün bütün maraqlı tərəflər - hökumət, biznes və vətəndaş cəmiyyəti qanun və qaydalara sadiq olmalıdır.

Puvan Selvanathan-a görə, vətəndaş cəmiyyəti ilə hökumətin daha effektiv əməkdaşlığı sayəsində Azərbaycanının neft əsaslı iqtisadiyyatından bilik əsaslı iqtisadiyyata keçid zamanı davamlı və bərabər inkişafı təmin etmək olar.(azadliq.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar