Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerika istəmir ki, Azərbaycan Rusiya tərəfə keçsin”


“Washington Times” Azərbaycana xüsusi səhifə ayırdı; Hikmət Hacızadə: “Amerika istəmir ki, Azərbaycan Rusiya tərəfə keçsin; həm də bizim aeroportlar onlardan ötrü böyük əhəmiyyət kəsb edir...”


ABŞ-Azərbaycan münasibətlərində ötən ilin sentyabrından gərginləşən münasibətlərdə yeni mərhələnin başlanması barədə müşahidələr özünü doğrultmaqdadır

Xüsusilə də prezident İlham Əliyevin Almaniya səfərindən sonra belə fikirlər var idi ki, əslində Azərbaycan dövlət başçısının Avropada yüksək səviyyədə qarşılanması ideyasında həmmüəlliflik ABŞ-a məxsusdur və bu yolla Qərb Bakını tədricən özünə yaxınlaşdırmaq strategiyası yürüdür.

Azərbaycanın rəsmi qəzetlərində ABŞ-ın “terroru dəstəkləyən dövlət”, Obamanın isə “ikiüzlü” adlandırılmasından sonra dövlət katibi Kerrinin də sərt şəkildə  tənqid olunması şəraitində ABŞ-dan verilən reaksiya ilgincdir. Amerikadakı bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana qarşı sanksiya çağırışlarının ardınca Amerikanın nüfuzlu qəzetlərinin faktiki olaraq Azərbaycanın piar kampaniyasını aparması bir az da gözlənilməz oldu. Eyni zamanda ABŞ-ın bir neçə qəzeti Azərbaycanın təbliğinə yönələn, bəzən hətta Azərbaycanın rəsmi qəzetlərindəki tezislərə bənzər təbliğat yazıları ilə çıxış edib. Düzdür, burada Azərbaycan lobbisinin, Bakıdan gedən deputatların da rolunun olduğu haqda fikirlər var. Amma prosesin arxasında başqa mətləblərin dayandığı da iddialar arasındadır.

Yanvarın 29-da isə “Washington Times”ın çap versiyası Azərbaycana xüsusi səhifə ayırıb: “Azərbaycan: müstəqilliyin bərpasından 25 il sonra, ABŞ-ın çiçəklənən müttəfiqi” adlanan bölümündəki məqalələrdə Azərbaycanın ABŞ üçün əhəmiyyəti, ona dəstəyin vacibliyi vurğulanıb. Yazılardan bəziləri konqresmenlərin imzasıyla dərc olunub.

Politoloq Rasim Musabəyov deyir ki, əslində burda təəccüblü bir şey yoxdur: “Azərbaycan heç kimdən ona ağıl öyrətməyi xahiş etmir. Biz Amerika ilə tərəfdaşlığı pozmamışıq. Əfqanıstana tranzit qalır, böyük enerji layihələrində əməkdaşlıq qalır. Lakin bəzi məsələlər var ki, indiki Amerika administrasiyası onların həllindən yayınır və bizə mühazirə oxuyur. Təbii ki, cavab kifayət qədər sərt olacaq”.

Politoloq Hikmət Hacızadə də ortada barışıq məsələsinin olduğunu istisna etmir: “Hazırda Amerikanın başı başqa yerə qarışıb, ayrı cəbhədə vuruşmaq həvəsi yoxdur, ona görə də bu yolla Azərbaycanın ”saqqızını oğurlamaq", könlünü almaq istəyiblər. Hətta öz ictimaiyyətinə başa salmaq istəyirlər ki, bizim Azərbaycandakı çoxsaylı pozuntulara qarşı heç nə etməməyimizin konkret səbəbləri var. Çünki Azərbaycanın bizimçün əhəmiyyəti nəzərə alırıq, onlar bizimçün vacibdir deyə, düşmənçilik etmirik. ABŞ-da insan haqlarını yüksək tutan, buna önəm verən böyük kəsim var. Bu mesajlar əsasən onlara yönəlib. Amerika prezidentinin yumşaq siyasətinin səbəblərini bu yolla onlara başa salmağa çalışırlar".

H.Hacızadə deyir ki, neftin əhəmiyyətinin azalması Azərbaycanın önəminin azalması anlamına gəlməməlidir: “Onsuz da Amerika Azərbaycandan neft almırdı. Azərbaycan Əfqanıstan, İran məsələləri ilə bağlı aparılan siyasət üçün ABŞ-a lazımdır. Amerikanın Əfqanıstana yolu burdan keçir, ordu, mütəxəssislər bu yolla təchiz olunur. Azərbaycanın aeroportlarından istifadə edilir. Üstəlik, yəqin istəmirlər ki, Azərbaycan Rusiya tərəfə keçsin. Barışığın arxasında həm də bu amil dayana bilər. Amma məncə, əsasən Azərbaycanın aeroportları Amerika üçün əhəmiyyət kəsb edir. Dəfələrlə bu barədə deyilib. Amerika da bəyan edib ki, bizim üç istiqamətdə əməkdaşlığımız var: hərbi-strateji, iqtisadi və demokratiya, insan haqları. Sonuncu ilə bağlı əməkdaşlıq alınmır, amma hərbi-strateji əməkdaşlıq və iqtisadi əməkdaşlıq alınır. Amerika qəzetləri də ictimaiyyətə bunu başa salmaq istəyir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar