Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atam iki il mənimlə danışmadı”


Başak Sayan: "Əgər bir şeyi bütün qəlbinlə istəyirsənsə, həyat bir şəkildə səni həmin yola salır"


Başak Sayanın "Yaprak Dökümü" serialı ilə başlayan sənət həyatı hazırda "Altındağlı" serialı ilə davam edir. Ötən iki il ərzində iki dəfə kitab çıxaran Başak, hazırda üçüncü romanını bitirməyə çalışır.

ANS PRESS Türkiyənin Gecce.com saytına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl eşq həyatı yaşadığı Əhməd Hakanın yazıçılığına dəstək deyil, zərbə vurduğunu deməkdən çəkinməyən aktrisa-yazar sevgisi, yazıçılığı və aktyorluq sənəti barədə müsahibə verib:

- Üz xətlərində xarici bir gözəllik və cazibədarlıq var. Bu qaşın-gözün gözəlliyinin kökü hardan gəlir?

- Ankarada doğulub boya-başa çatmışam. Ailəm əslən Qarslıdır, amma ata tərəfindən Azerbaycan türküyəm .

- Ata-anan nə işlə məşğul olub?

- Atam hərbçi, anam isə alman dili və ədəbiyyatı müəlliməsi idi.

- "Alman tərbiyəsi ilə böyüdüm" deməyin yəqin ki, bundan irəli gəlir?

- Bəli. Anam bu məsələdə çox sərt idi. Özü Almaniyada böyüyüb. Hər şeyi qayda-qanunla idarə edirdi. Məktəbdən gələn kimi, "Bu gün məktəbdə nə öyrəndin" - deyə sorğu-suala başlayardı. Hər gecə şifahi və yazılı imtahan keçərdi.

- Uşaqlıq xəyalın vardımı?

- Oyunçu və yazar olmaq istəyirdim. 6-7 yaşlarında ikən kiçik əhvalatlar yazır, bir yandan da məhəllənin uşaqlarına teatr təşkil edirdik.

- 6-7 yaşlarında belə oyunçu və yazar olmaq istədiyinə görə, yəqin bəzi işlərin də olub?

- Əgər bir şeyi bütün qəlbinlə istəyirsənsə, həyat bir şəkildə səni həmin yola salır. Sənətim də mənə hansısa qızıl nimçədə təqdim edilmədi. Üniversitetdə ikən artıq telekanallarda işə başlamışdım, əvvəl kamera arxasında, sonra isə kamera qarşısında. Sonra isə reklam təklifləri, sonra da aktyorluq başladı. Yazıçılığa gəlincə, özümü tanıyandan yazırdım, amma peşəkar mənada yazdıqlarımı 4-5 il əvvəl ortaya çıxarmağa başladım.

- İqtisadiyyatı oxudun, amma aktyorluğa başladın. Bu normaldırmı?

- Ata-anam istəyirdi ki, yaxşı bir sahədə oxuyum. Amma mən tələbə ikən televiziyada işləməyə başlamışdım. İlk işim də "Çılgın Bediş"-di.

- Bəs ailənin buna reaksiyası nə oldu?

- Atam küstü və iki il mənimlə danışmadı. O vaxtkı sektor indiki kimi deyildi. Bu işə pul qazanılmaz və bu işin sonu çox yaxşı olmaz deyə baxırlar. Hətta başıma bir hadisənin gəlməsindən qorxurdular.

- Bəs onları necə aldatdın?

- Son nəticədə qızıyam axı. Yəni, başqa nə edə bilərdi ki?! Lakin sonradan bir işimi izləyərkən çox təsirlənmiş və mənimlə qürur duyduğunu söyləmişdi.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar