Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa Oyunlarında təhlükəsizliyə tam təminat verilir”



Siyavuş Novruzov: “Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan hökuməti Bakı 2015 Avropa Oyunlarını ən yüksək səviyyədə həyata keçirəcək”


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
 
Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti Avropa Oyunları ilə bağlı güclü təşkilatçılıq işlərini davam etdirir, ölkəmizin hüquq-mühafizə orqanları isə təhlükəsizliyin təmin olunması üçün tam hazır vəziyyətə gətirilib. S.Novruzov deyib ki, Bakı Avropa Oyunlarının keçirilməsi üçün təhlükəsizliyə tam təminat verilir: “Biz əvvəldən də qeyd etmişdik ki, bütün bunların hamısı gözlənilən idi. Bu gün Azərbaycanın dünyada artan nüfuzunu, gücünü və qüdrətini qəbul etməyən, inkişafını gözü götürməyən qüvvələr var. 

Təbii ki, həmin qüvvələrə dəstək verənlər də erməni lobbisi və sapı özümüzdən olan baltalardır. Sapı özümüzdən olan baltalar da bu gün Azərbaycan daxilində fəaliyyət göstərən anti-milli qüvvələrdir. Həmin anti-milli qüvvələr xarici təşkilatlardan pula alıb Azərbaycan dövlətinə və xalqına qarşı fəal kampaniyalar aparırlar. Bu təşkilatlar nəinki Azərbaycan xalqı haqqında, heç öz partiyaları barədə də heç nə düşünmürlər. Bu cür anti-milli qüvvələrin əsas məqsədi bu yollarla xaricdən vəsaitlər almaqdır”.
 
S.Novruzov güman edir ki, Bakı 2015 Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı qarayaxma kampaniyaları daha da artacaq: “Ancaq bu bizi qəti narahat etmir. Avropa Oyunlarında iştirak edəcək idmançıların hər birinin Azərbaycanda yüksək səviyyədə qarşılanması, iştirakı və təhlükəsizliyi təmin olunub. Bütün ölkələrdən idmançılar iştirak edəcək. Oyunlara hazırlıq işləri çox yüksək səviyyədə artıq başa çatdırılıb, bütün idman arenaları tədbirin keçirilməsinə tam hazırdır. Bunu bütün dünya bilir.
 
Digər tərəfdən isə Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, Azərbaycan xalqı ilə prezident arasında güclü birlik Bakı Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə təminat verir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar