Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AzerGold” QSC-nin əməkdaşları talassemiyadan əziyyət çəkənlər üçün qan veriblər


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən şəxslər üçün qan veriblər


Şirkətin baş ofisində “Talassemiyasız həyat naminə” proqramına dəstək üçün aksiya keçirilib. 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başlatdığı “Talassemiyasız həyat naminə” layihəsinin 2017-ci ildə 10 ili tamam olur. On ildir ki, həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə şəxs qan verərək irsi keçən qan azlığından əziyyət çəkənlərə kömək olur, onların ömrünü uzadır. Azərbaycan Talassemiya Federasiyasının təbliğ etdiyi korporativ donorluq ideyalarına hər il onlarla qurum, şirkət, təşkilat və s. qoşularaq kütləvi aksiyalar təşkil edir. 

“AzerGold” QSC də korporativ donorluq təşəbbüsü irəli sürərək “Talassemiyasız həyat naminə” proqramına qoşulub. Cəmiyyətin könüllüləri şirkətin inzibati binasında qan verərək qan xəstəliklərindən əziyyət çəkən isnanlar üçün tədarük olunan qan ehtiyatının artırılmasına dəstək olublar.

“AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. 


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar