Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan hökumətinə dəstək veririk“


Aleksis Şahtaxtinski: “ATƏT-lə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən razıyıq”


ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskinin APA-ya müsahibəsi

- Cənab Şahtaxtinski, Azərbaycanla ATƏT arasında əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan 1992-ci ildən bu təşkilatın iştirakçı dövlətidir. 1999-cu ildən ATƏT-in Bakı ofisi ölkədə fəaliyyət göstərməyə başlayıb. Bu ilin əvvəlindən isə Layihə Əlaqələndiricisi kimi fəaliyyətini davam etdirir. Biz ATƏT-lə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən razıyıq. İndi yeni mandatımız var və yeni mərhələyə keçmək üçün zaman tələb olunur, əlaqələrin keyfiyyətini yüksəltmək və dialoq yaratmaq gərəkdir. Mən artıq prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirmişəm. Həmçinin bəzi nazirlərlə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşmüşəm. Universitetlərdə də görüşlər olub. Görüşlər zamanı biz gerçəkləşdirməyi planlaşdırdığımız layihələri müzakirə etmişik. Bu, mandatımın tərkib hissəsidir.

- ATƏT-in Bakı ofisi yeni mandata keçdikdən sonra belə bir təəssürat yaranıb ki, köhnə ofisin fəaliyyəti ilə müqayisədə daha passiv oldunuz.

- İlin birinci yarısında ofisimiz layihə əlaqələndiricisi qismində yalnız transformasiya ilə məşğul olub. Yeni layihələri iyul ayından həyata keçirməyə başladıq. Hazırda bir neçə layihənin icrası ilə məşğuluq. Bir layihəmiz insan alveri probleminə həsr olunub, bu çox önəmli layihədir. İnsan alveri transmilli təhlükədir və bununla mübarizə aparmaqla, biz Azərbaycan hökumətinə dəstək veririk. Biz Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə apardığını, ATƏT ölkələrinin ərazisində bu problemə qarşı mübarizəni gücləndirmək istədiyini görürük. Bu istiqamətdə Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edirik. Digər layihəmiz səmərəli idarəetmə ilə bağlıdır. Bu layihə korrupsiyaya qarşı mübarizəyə, ASAN Xidmətin dəstəklənməsinə yönəlib. Biz ASAN Xidmət şəbəkəsinin bütün ölkə üzrə genişləndirilməsinə, habelə yeni xidmətlərin tətbiqinə yardım etməyə çalışırıq. 

Daha bir layihəmiz ailə zorakılığına qarşı mübarizənin gücləndirilməsinə yönəlib. Azərbaycanda ailə zorakılığına qarşı qanun var və bu qanun bu faktı cinayət kimi qiymətləndirir. Bu, təkcə Azərbaycana aid problem deyil, bu problem bütün dünyada mövcuddur.

Üzərində çalışdığımız digər layihə isə tolerantlıqla bağlıdır. Daha dəqiq desək, biz Azərbaycanda beynəlxalq konfrans təşkil etməyi hazırlaşırıq. Təşkilatçı qismində ATƏT Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqəli şəkildə çıxış edəcək. Noyabrın ortalarında keçiriləcək konfransin 3 məqsədi olacaq. İlk növbədə konfrans iştirakçılarının diqqətinə Azərbaycanda dini tolerantlığın tarixi və bu sahədə işlərin nə yerdə olduğu çatdırmaq istəyirik. Regionun digər ölkələri və Yaxın Şərq ölkələri ilə müqayisədə burada durum kifayət qədər yaxşıdır. Biz burada xristianların, yəhudilərin və müsəlmanların sülh şəraitində necə yaşadıqlarını müşahidə edirik. Azərbaycanda dünyəvi dövlətdir və insanlar seçdikləri dinə sitayiş edə bilirlər. Azərbaycandan kənarda yaşayan bəzi insanlarda Azərbaycan haqqında islamofob stereotiplər var. Axı onlar bilmirlər ki, Azərbaycanda qadınlar 1918-ci ildən səsvermə hüququna malikdirlər. Bu qərar mənim ölkəm Fransadan da tez qəbul olunub. 

Konfransın ikinci məqsədi ATƏT ölkələrində dini tolerantlıq məsələləri ilə bağlı bütün çağırışları müzakirə etməkdir. Biz Fransa, Böyük BritaniyaAvropanın digər ölkələrinin vətəndaşlarının “cihad” adı altında İraqa və Suriyaya döyüşməyə yollandığını görürük. Ola bilsin ki, Azərbaycan dini tolerantlıq məsələsində öz töhfəsini versin.

Biz digər layihələrin də icrası ilə bağlı Azərbaycan hökuməti ilə müzakirələri davam etdiririk.

- ATƏT PA-nın Bakıdakı toplantısında ATƏT-in Bakı ofisinə nümayəndə statusunun qaytarılması haqqında məsələ qaldırılıb. Sizcə, bu nə dərəcədə mümkündür?

- Fikrimcə, ATƏT-in Bakı ofisinin statusu ilə bağlı məsələ 1 il əvvəl həllini tapıb. Düşünmürəm ki, bu məsələni yenidən gündəmə gətirmək məqsədəuyğun olsun. Hesab edirəm ki, hazırkı mandat əvvəlki kimi yaxşıdır. Əmin deyiləm ki, 57 ölkədən hansısa ölkə 1 il əvvəl həllini tapmış məsələyə yenidən baxmaq istəsin.

- Sizcə, ATƏT daha effektiv işləmək üçün hansı addımlar atmalıdır?

- ATƏT ən gənc beynəlxalq təşkilatdır. NATO, yaxud da Avropa İttifaqı ilə müqayisədə əməkdaşlarımızın sayı və büdcəmiz azdır. Sözsüz ki, bizdən daha böyük nəticələr gözləyirlər və biz daha böyük nəticələr əldə etmək üçün səylərimizi artırmaq istəyirik. Məsələn, dekabrın 4-5-də Bazeldə Xarici İşlər Nazirləri Şurasının toplantısında maraqlı müzakirələr olacaq. Bəlli olduğu kimi sədrlik Serbiyaya keçəcək. İrlandiya sədrliyi zamanı əsası qoyulmuş Helsinki+40 prosesi təşkilatın fəaliyyətinin gücləndirilməsi və səmərəliliyin artırılmasına yönəlib. Daha effektiv işləməyə çalışdığımız sahələr var, məsələn münaqişələrin həlli, onların qarşısının alınması, “dondurulmuş” münaqişələrin həlli, hərbi şəffaflıq və s. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT üçün ən önəmli məsələlərdəndir. Ümid edirəm ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar