Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan və İran arasında əməkdaşlığının inkişafı üçün geniş imkanlar var“


İran prezidenti Həsən Ruhani İran və Azərbaycanın qarşılıqlı maraqlara təmini üçün çox çalışdığını bildirib


"Azərbaycanla İran arasında çox geniş əməkdaşlıq var və bu əməkdaşlığın daha artıq inkişafı üçün imkanlar genişdir", - deyə H.Ruhani avqustun 29-da Tehranda keçirilən mətbuat konfransında Trend-in müxbirinin sualının cavabında bildirib.

İranAzərbaycan arasında iqtisadi sahədə və Xəzər dənizi ətrafında birgə əməkdaşlıq məsələsinə toxunaraq prezident bildirib ki, Azərbaycanla neft sahəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün müzakirə aparırıq.

H.Ruhani həmçinin bildirib ki, iki ölkə arasında yalan məlumatlar yayımlanması azalıb və bu gün hər iki ölkə arasında əlaqələrin inkişafı üçün qarşılıqlı inam yaranıb. "Bu, Dağlıq Qarabağ məsələsinə, həmçinin regionda təhlükəsizliyin təmininə kömək edə bilər".

H.Ruhani ümid edir ki, İranın səyləri regionun inkişafına, Xəzər dənizi və onun ətraf mühitinin qorunması və birgə istifadəsinə yönələcək.

Prezident Həsən Ruhani Xəzəryanı ölkələrlə çox yaxşı münasibətdə olduğunu bildirib:

"İranXəzəryanı ölkələr arasında əlaqələr nüvə sazişi əldə olunmamışdan öncə də inkişaf etdirilib. Türkmənistan, Qazaxıstan və Azərbaycan prezidentləri İrana səfər ediblər və Rusiya prezidenti ilə görüşümüz olub. Demək olar ki, bütün Xəzəryanı ölkələrə səfər etmişəm və Xəzəryanı ölkə rəhbərlərindən bəzilərinin İrana yeni səfərləri gözlənilir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar