Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda dini problemlər mövcud deyil“


Dini Komitənin yeni sədri: "ABŞ Dövlət Departamentinin hesabatları yoxlanılmamış faktlara söykənir. Onlar bu hesabatı Azərbaycan Respublikasında vətəndaşların dini hüquqları ilə bağlı vəziyyəti təhrif etmək məqsədi ilə hazırlayırlar”


Modern.az saytının məlumatına görə, bu sözlərini “Vestikavkaza” xəbər portalına açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, ABŞ Dövlət Departamentinin Azərbaycanda dini vəziyyət haqqında hazırladığı hesabatı şərh edərkən bildirib ki, bu, qeyri-obyektivdir. Komitə sədrinin sözlərinə görə, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanda dini təhsillə bağlı fikirləri həqiqətdən uzaqdır. 

Mübariz Qurbanlı Azərbaycanın tolerant ölkə olmasına da diqqət çəkib: “Azərbaycanda bütün dinlərin nümayəndələrinin hüquqlarına riayət edilir. Azərbaycanın tolerantlığı dünya üçün nümunədir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, amma müxtəlif dinlərin nümayəndələri tez-tez görüşüb vacib məsələləri müzakirə edirlər”.

Komitə rəhbəri Con Kerrinin hesabatının keçənilki olduğunu da vurğulayıb. Mübariz Qurbanlı vurğulayıb ki, belə hesabatlara etibar etmək olmaz. 

“Bu cür hesabatlar adətən, qəzet, jurnal məlumatları əsasında hazırlanır. Bu məlumatlar faktlarla əsaslandırılmamış ola bilər. Tamamilə yanlışdır. Bu cür məruzələr diqqətlə yoxlanılmalıdır. Dünya artıq belə hesabatlara insanlar öyrəşiblər. Azərbaycan, Çin, Rusiya Xarici İşlər nazirlikləri ABŞ-da dini icmaların hüquqları ilə bağlı tədqiqat apara bilərlər. Biz də ABŞ qəzet və jurnallarından dini problemlərlə bağlı asanlıqla məlumatlar əldə edə bilərik. Bütövlükdə Qərb ölkələrində onlarla dini cərəyana qadağalarla bağlı nümunələr göstərmək olar. Həmin icmalara öz fəaliyyətlərini azad həyata keçirmək üçün imkanlar verilmir”.

Məscidlərlə bağlı ABŞ xarici siyasət idarəsinin yazdıqlarına gəlincə, Mübariz Qurbanlı bunun da mötəbər olmayan mənbələrdən əldə edildiyini bildirib. 

Azərbaycanda Sovet vaxtı cəmi 17 məscid var idi. İndi isə məscidlərin sayı 2  minə yaxındır. Son bir neçə ildə 200-dən çox məscid təmir edilib və ya tikilib. Əgər hakimiyyət dini icmalara mane olsaydı, onda bu qədər məscid olmazdı”,-deyə Mübariz Qurbanlı söyləyib.

Qeyd edək ki ABŞ-ın Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının illik hesabatında Azərbaycan tənqid edilib. Məruzədə Azərbaycanda dini motivlərlə 51 nəfərin həbs edildiyi bildirilib. Bununla yanaşı, Azərbaycanda dini icmaların fəaliyyətinə məhdudiyyətlər qoyulduğu, daha çox Azərbaycandakı şiələrin guya təzyiqə məruz qaldıqları vurğulanıb.

Xatırladaq ki, hesabat 2013-2014-cü il aprel ayı üçün olan dövrləri əhatə edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar