Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi artıb”



"Son illər ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi artıb. Bu da həm daxili, həm də xarici amillərlə bağlıdır"


Publika.az xəbər verir ki, bu sözləri “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxısı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.

Onu sözlərinə görə, son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib. Bu bəlaya düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb.

“Әgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdürsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb. Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir necə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar”

Ә.Şəfiyev deyib ki, bu gün gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda iş və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır.
 
Nazir müvaninin sözlərinə görə, Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır:

“Xarici amillərə gəlincə, bu sırada ən birincisi, Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq və normaların prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlərdir. Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi, həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın genişlənməsinə şərait yaradıb. Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlrinin kəsişməsində yerləşməsidir”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar