Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cəbhə xəttində hərbi vəziyyət tətbiq olunsa,...“


Prezident İlham Əliyev sentyabrın 24-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzalayıb


Sərəncamda cəbhə zonasında müdafiənin möhkəmləndirilməsi, yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görülməsi, “Hərbi vəziyyət haqqında” qanunun (o cümlədən cəbhə zonasında hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasının üç ay müddətində prezidentə təqdim edilməsi nəzərdə tutulur.

Cəbhə bölgəsində hərbi vəziyyət elan oluna bilərmi?

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayev “Media forum”a deyib ki, cəbhə bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac olsa da, indiki mərhələdə həmin ərazilərdə hərbi vəziyyətin tətbiq olunmasından danışmaq tezdir: “Çünki sülh danışıqlarının limiti tükənməyib, münaqişəni dinc yolla həll etmək üçün kifayət qədər imkan var. Azərbaycan da bu imkanlardan yararlanmağa çalışır. Amma cəbhə bölgəsinə daha diqqətli yanaşmaq lazımdır, həmin ərazilərə xüsusi yanaşma ola bilər. Cənab prezident cəbhə bölgəsində hərbi vəziyyətin tətbiq olunmasını zəruri saysa, bu da həyata keçirilə bilər.

Dövlət başçısı çox vacib sərəncam imzalayıb, çünki Azərbaycanın ən böyük problemi ərazi bütövlüyünün pozulmasıdır. Prezident gündəlik fəaliyyətinin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həllinə sərf edir. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün görülən işlərin bəzi nüansları, xüsusən hərbi sahədəki fəaliyyət, ordu qüvvələrinin, texnikanın sayı, yerləşdiyi ərazilər tam məxfi saxlanmalıdır. Azərbaycanda bəzi səriştəsiz jurnalistlər, ekspertlər bilərəkdən ,ya da bilməyərəkdən hərbi sirləri yaymaqla ermənilərə kömək edir, istiqamət verirlər. Ermənistan da bundan istifadə edir. Ona görə də hərbi sahədən və cəbhə boyu ərazilərdə görülən işlərdən yazanda, danışanda maksimum ehtiyatlı olmaq, hərbi sirləri qorumaq lazımdır. Bu sahədə ciddi boşluqlar və nöqsanlar vardı. Prezident sərəncamı bu boşluqların aradan qaldırılmasına, hərbi sirlərin daha yaxşı qorunmasına və düşmənin hərbi sirlərimizi əldə etməsinin qarşısını vaxtında almağa imkan verəcək”.

Deputatın fikrincə, prezidentin sərəncamı hərbi sirlərin qorunmasını və cəbhə bölgəsində yaşayan insanların təhlükəsizliyinin təmin olunmasını mərkəzləşdirilmiş şəkildə, peşəkar formada həyata keçirilməsinə şərait yaradır: “Sənəddə nəzərdə tutulanlar praktikada tətbiq olunandan sonra hərbi sirlərimizin Ermənistanın əlinə keçməsi ehtimalı sıfıra enəcək, məxfi məlumatların sızmasının qarşısı alınacaq. Müharibə şəraitində olan ölkə üçün bu, çox vacib məsələdir”.

Hərbi ekspert Azad İsazadə hesab edir ki, 2014-cü ilin avqustunda cəbhədə baş verən hadisələrin ortaya çıxardığı reallıqlar bəzi addımların atılmasını zərurətə çevirib: “Avqust ayı çox gərgin keçdi, uzun illər idi atəşkəs bu formada pozulmamışdı. Ermənistandan Azərbaycan ərazisinə keçən bir neçə diversant zərərsizləşdirilib. Amma diversantların hamısının zərərsizləşdirildiyini demək mümkün deyil, yəqin ki, onların bir çoxu gəlib tapşırığı yerinə yetirib geri qayıdıb. Ona görə də cəbhə bölgəsində xüsusi, hərbi vəziyyətə uyğun və daha ciddi rejimin tətbiq edilməsi normal olardı”.

Ekspertin fikrincə, indiki mərhələdə cəbhə bölgəsində hərbi vəziyyətin tətbiq olunmasına ehtiyac yoxdur, amma bu zərurət hər an yarana bilər: “Avqustda təhlükə vardı və bunun qarşısını almaq üçün orada hərbi vəziyyət tətbiq oluna bilərdi. Amma hərbi vəziyyəti bir an içində tətbiq etmək olmaz, bunun üçün hazırlıq olmalıdır. Qanunun yerlərdə tətbiqinə, hərbi komendantların seçilməsinə, onlara vəzifələrini izah etməyə zaman olmalıdır. Əgər hərbi vəziyyət tətbiq olunsa, əhali bundan ziyan çəkməyəcək”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar