Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çətənə Allahın bəxşişidir, ölənə kimi əkəcəyəm“


Sabirabad sakininin həyətyanı sahəsindən narkotik tərkibli çətənə kolları və silah-sursat aşkarlanıb.


Bu barədə APA TV-yə Sabirabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin “Xaş-xaş 2014” şərti adlı əməliyyat tədbirləri çərçivəsində rayonun Çiçəkli kənd sakini, 45 yaşlı Qubadov Əli Rza oğlunun həyətyanı sahəsinə baxış keçirilib. Oradan 100 kv.m ərazidə əkilib-becərilmiş və qulluq edilmiş ümumi çəkisi 267 kq olan 74 ədəd çətənə kolu və 5 kiloqram qurudulmuş halda, 5,32 kiloqram yarımqurudulmuş marixuana, 2 ədəd kibrit qutusunda marixuana toxumları götürülüb.

Saxlanılan Əli Qubadov narkotiki özünün istifadəsi üçün əkdiyni deyib: "Həyətyanı sahəm Allah-təalanın mənə bəxş elədiyi cənnətdir. Bunu əkmişəm, əkəcəyəm də. Ölənə kimi əkəcəyəm. 20 il versələr də...

Ömürlük türmədə yatacağam. Qurutmuşam, özüm çəkirəm. Əkmişdim dolanışığa görə, 5-3 manat çörək pulu çıxarardım. Bunlar çətənə kollarıdır. Başqa yerdə bitmir. Ən çox müsəlman ölkələrində bitir. Bunu müsəlmanlar üçün Allah bəxş edib".

Bundan başqa, evdən 1 ədəd kustar üsulla hazırlanmış 16 çaplı ov silahı, ov silahı və pulemyot üçün patronlar, eyni zamanda silahda istifadə olunan qırma və barıt aşkarlanıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar