Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğanın oğlu Azərbaycan neftini İsrailə satır”


Fətullahçılar ARDNŞ-i hədəf aldı


İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar bu dəfə də Türkiyədə hökumətlə müxalifət arasında siyasi polemika mövzusuna çevrilib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan ənənəvi olaraq Qəzza müsəlmanlarının müdafiəsinə qalxıb və hər gün İsraili ləntələyən nitqlərlə çıxış edir.

Eyni zamanda Ərdoğan İsrail məsələsindən müxalifəti gözdən salmaq üçün də yararlanır. Baş nazir ötən ildən bəri qarşıdurma içində olduğu Fətullah Gülən təriqətini və ana müxalifət partiyası CHP-ni “İsrailin yanında olmaqla” qınayır.

Virtualaz.org saytı türk mətbuatına istinadən xəbər verir ki, Fətullah Gülənə bağlı “Taraf” qəzeti buna cavab olaraq Ərdoğanın səmimi olmadığını, əslində baş nazirin oğlunun Bakı-Tiflis-Ceyhan (BTC) boru xətti ilə nəql olunan Azərbaycan neftini İsrailə satdığğını yazıb.

Qəzet hökumətə bağlı “Star” qəzetinin sahibi olan ARDNŞ-in (SOCAR) İsrailin əsas neft təchizatçısı olmasını xatırladıb.

“Taraf” qəzeti SOCAR-ın İsrailə neft satmasını “hökumətin İsrail məsələsində qeyri-səmimi olmasının sübutu” kimi xatırladır. Həmçinin Fətullah Gülənin qəzeti SOCAR-ın törəmə şirkəti “Caspian Drilling Company”nin Ağ dənizdə İsrail üçün neft axtardığını yazır.

Enerji və Enerji Təhlükəsizliyi Mərkəzinin eksperti Tuğce Varola istinadən bildirilir ki, BTC ilə nəql edilən Azərbaycan nefti hesabına İsrail neftə olan tələbatının 30 faizini ödəyir. Həmçinin ekspert deyir ki, baş nazirin oğlu da BTC ilə nəql olunan Azərbaycan neftinin İsrailə daşınmasını həyata keçirir.

Ərdoğanın İsrail məsələsində səmimi olmadığını deyən CHP lideri Kamal Kılıcdaroğlu da baş nazirin oğlunun İsrailə neft daşınması biznesi ilə məşğul olduğunu deyib. Müxalifət liderinin sözlərinə görə, Ərdoğanın ailə üzvünün daşıdığı neft hesabına İsrail təyyarələri yanacaq doldurub Qəzzanı bombalayır.

“Əgər sən doğrudan da İsrailə dərs vermək istəyirsənsə, Malatyadakı radar stansiyasını bağlayarsan. Sənin oğlun İsrailə neft daşıyır. Orada havaya qalxan qırıcıların, hərbi gəmilərin, tankların yanacağını sənin oğlun verir” - deyə Kılıcdaroğlu bildirib.

Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə bu ittihamlara cavab olaraq deyib ki, Türkiyə hökuməti İsrailə hər hansı neft və ya neft məhsulları satmır.

“Tamamilə yalan iddia ilə qarşı-qarşıyayıq. Əgər İsrailə dair siyasət qurmaq fikriniz varsa, bunu yalan üzərində quraşdırmayın. Türkiyə hökuməti İsrailə hər hansı neft satmır. Tranzit satışlar var. Yəni bu, Türkiyədəki başqa firmaların, ölkələrin gördüyü işdir. BTC-dən nəql edilən neftin getdiyi onlarla ölkə var. Bunu BP sata bilər, hər hansı başqa şirkət sata bilər” - deyə nazir bildirib.

Xatırladaq ki, Fətullah Gülənin şəbəkəsi bu yaxınlaradək Türkiyədə SOCAR-la bağlı idi. Azərbaycanda da Gülən məktəbləri SOCAR-ın idarəçiliyinə verilmişdi. Lakin Azərbaycanda Gülən məktəbləri bağlandı və fətullahçı şəbəkənin mövqeləri zəiflədi.

Göründüyü kimi, indi fətullahçı qəzet SOCAR-ı hədəf alıb və şirkətin İsrailə neft satmasını Ərdoğan hökumətinə qarşı çevirməyə çalışıb. Hansı ki, Türkiyə hökuməti Azərbaycanın İsraillə enerji əməkdaşlığını dayandırmaq imkanında və səlahiyyətində deyil. Azərbaycan bu dəfə də Türkiyədə baş qaldıran növbəti anti-İsrail kampaniyasından uzaq durmağa çalışır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar