"Mən İŞİD-i məhv edəcəyəm"
Axar.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı ABŞ prezidentliyinə namizəd Donald Tramp söyləyib.
Onun sözlərinə görə, İŞİD sürətli şəkildə yox edilməlidir:
“Bunun üçün biz dünyanın ən yaxşı kəşfiyyat sisteminə malik olmalıyıq və Hillari Klintonun irəli sürdüyü rejimlərin devrilməsi siyasətindən əl çəkməliyik. Klinton dövlət katibi təyin olunanda İŞİD deyilən bir şey yox idi. Məhz onun idarəçilik dövründə bu terror təşkilatı bütün dünyaya yayıldı. Klinton və Obamanın ucbatında Yaxın Şərqdəki siyasətimiz iflasa uğradı. İŞİD-lə mübarizədə bizim Yaxın Şərqdəki əsas tərəfdaşımız İsraildir. Biz rejimlərin devrilməsi siyasətindən əl çəkməliyik. Bu siyasət Liviya, İraq, Suriya, Misirdə özünü doğrultmadı”.
pia.az