Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan mediası ordumuz haqqında dezinformasiya yayır“


“Ermənistan mediası bizə qarşı informasiya müharibəsi aparır”


Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq, ancaq ordu məsələsində qərəz, kin, ayrı-seçkilik yolverilməzdir. İnformasiyaların ötürülməsində hərbi xidmətin və müharibə şəraitinin xüsusiyyətləri, Müdafiə Nazirliyinin qapalı qurum olması və bir sıra digər amillər mütləq nəzərə alınmalıdır. 

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, yayılan məlumatların monitorinqi bəzi media nümayəndələrinin bu məsələlərə qeyri-peşəkar yanaşmasını müəyyən edib: "Hərbi hissələrin nömrələri, təyinatı, dislokasiya yerlərinin göstərilməsi, xidməti təyinatlar və yerdəyişmələr barədə məlumatlarda şəxslər haqqında fərdi informasiyaların yayılmasının yolverilməzliyi dəfələrlə tövsiyə olunmasına baxmayaraq, bəzi media nümayəndələri hələ də bu praktikanı davam etdirirlər".

Mətbuat xidmətinin rəhbəri bununla bağlı bir neçə faktı misal göstərib: "Silahlı Qüvvələrin rəhbərliyi cəbhəyanı bölgədə kollegiya iclası keçirir. Təhlükəsizlik məsələləri nəzərə alınmaqla məlumatın bir gün sonra mətbuata ötürülməsi qərarına baxmayaraq, iclasdan az sonra bəzi mətbuat nümayəndələri məlumatı əldə edir və yayırlar. Cəbhədə əsgər şəhid olur. Araşdırma aparılır. Şəhidin valideynlərinə xəbər çatmadan onun adı və soyadı göstərilməklə məlumat yayılır. Bu da qəti surətdə yolverilməzdir. May ayında sosial şəbəkədə guya atəşkəsin pozulması və 4 şəhid verməyimizlə bağlı məlumat yayılmışdı. Araşdırma apardıq və məlumatda göstərilən 3 nəfərin, ümumiyyətlə, orduda xidmət etmədiyini müəyyən etdik. Digər 1 nəfərin isə ad, soyadı məlumatda göstərilənlə üst-üstə düşsə də, o şəxs başqa istiqamətdəki hərbi hissədə xidmət edirdi. Zirehli texnikanın planlı surətdə yerdəyişməsi və ya döyüş aviasiyamızın uçuşları həyata keçirilir. Amma texnikanın sayı, hərəkət istiqaməti və aviasiyanın foto və videosu bəzi elektron informasiya vasitələrində yayılır. Yenə də jurnalistlərin məlumatı əldə etmək üçün istinad etdikləri mənbə nazirlik deyil, yerli kənd sakinləri və anonim qaynaqlardır".

Müdafiə Nazirliyinin sözçüsü Ermənistan mənbələrində yer alan dezinformasiyaların Azərbaycan KİV-lərinə yol açması probleminə də toxunub: "Ermənistan mediası ordumuz haqqında dezinformasiya yayır. Təəssüf ki, bəzi media vasitələri bu məlumatları olduğu kimi, heç bir dəqiqləşdirmə aparmadan, tərcümə edərək ölkə ictimaiyyətinə çatdırır. Bundan əlavə, peşəkarlıqdan və hərb işindən uzaq olan, ancaq özünü hərbi ekspert adlandıran bəzi şəxslərin ordumuz, cəbhədəki vəziyyət və itkilər haqqında səsləndirdikləri qeyri-dəqiq məlumatlar da az qala həqiqət kimi qələmə verilir. Əksər hallarda isə Ermənistan mediasının bizə qarşı apardığı informasiya müharibəsində istifadə etdiyi xəbərlər bu ekspertlərin fikirləri ilə üst-üstə düşür".

V.Dərgahlı son günlərdə cəbhədə vəziyyətin gərginləşdiyi zaman informasiya məkanında xaotik, pərakəndə bir situasiyanın yaranmasının şahidi olduqlarını, qeyri-dəqiq, həqiqətdən uzaq, yalan, təhrif olunmuş, ictimaiyyəti çaşdıran, narahat edən, olduqca zərərli məlumatlar yayıldığını və bu informasiyanın qısa bir müddətdə media məkanını "işğal" etdiyini də xüsusi vurğulayıb: 

"Həmin günlərdə kütləvi informasiya vasitələrinin nümayəndələri, sözün əsl mənasında, səfərbər oldular. Onlar cəbhənin müxtəlif istiqamətlərinə göndərildi. Bu tədbirlər nəticəsində cəbhədəki real vəziyyət, Silahlı Qüvvələr haqqında obyektiv informasiya vaxtında ictimaiyyətə çatdırıldı. Fürsətdən istifadə edib media nümayəndələrinə bir daha minnətdarlığımı bildirirəm. Son dövrdə kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin təbliğinə daha çox diqqət verilir. Şəhidlərimizin əsgəri ənənələrə uyğun olaraq son mənzilə yola salınması, vida mərasimlərində dövlət qurumları və ictimaiyyət nümayəndələri, millət vəkillərinin iştirakı, Milli qəhrəmanların və keçmiş döyüşçülərin anma mərasimlərinin keçirilməsi, döyüşlərdə fərqlənən hərbçilərə dövlət təltiflərinin təqdim edilməsi Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu, düşmən üzərində qələbə əzmini daha da artırır".(Trend)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar