Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan nə istədiyini bilmir”


“Ermənistan müharibə ilə dinc yolu səhv salır”


Bunu Axar.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın guya son vaxtlar müharibənin əleyhinə olan siyasətini şərh edərkən deyib.
 
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi kimi bir konflikt həqiqətən İrəvanın boyunu aşan bir məsələdir:
 
“Baxın, Ermənistan tərəfi bir tərəfdən müharibə və cəbhədə gərginlik istəmir, başqa bir tərəfdən isə gərginlik yaradır. Bu yaxınlarda əsirlərin qaytarılması məsələsində Azərbaycanın atdığı adekvat addım bir daha sübut etdi ki, yalnız Bakı münaqişənin dinc yolla həlinin tərəfdarıdır. 

Nəticəsiz qalan Soçi görüşündən sonra Ermənistan tərəfi Bakının bu təklifindən imtina etməsəydi, münaqişənin həlli istiqamətindəki gərginlik də aradan qalxardı. Ancaq bədnam ölkə yenə də öz mənfurluğunu ortaya qoydu. İrəvan bu addımı ilə Azərbaycanın həmlələrinə məhəl qoymadığını düşünür. 

Demək ki, Rusiyanın bacasında gizlənən Ermənistan ara-sıra başını çıxarıb, “mən də burdayam və təxribatlara, gərginliyin yaranmasına Rusiyasız da şərait yarada bilərəm” addımı atmağa çalışır. Ancaq Bakı Dağlıq Qarabağ konfliktinin həllinin İrəvanın boyunu aşan bir məsələ olduğunu çox gözəl başa düşür. Həqiqətən də Ermənistan heç özü də nə istədiyini bilmir. Buna görə Ermənistanın iradəsizliyindən istifadə edən Rusiya ikinci tərəf olaraq yox, əsas tərəf kimi münaqişənin həllinin uzadılmasında maraqlıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar