Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyev və Abbas Abbasovla Sidneydə olanda...”


Dağıstan rəhbəri, ötən il Azərbaycan siyasətində baş mövzuya çevrilən qalmaqallı “Milyarderlər İttifaqı”nın üzvü Ramazan Abdulatipov “İnterfaks” agentliyində mətbuat konfransı keçirib


Nitqini başa vurandan sonra o jurnalistlərin suallarına cavab verib və bu zaman Azərbaycanla münasibətlər haqda da danışılıb. Virtualaz.org xəbər verir ki, Abdulatiov Azərbaycanla Dağıstan arasındakı iqtisadi-mədəni münasibətlərin “indikindən daha yüksək olmasının” vacibliyini bildirib. “Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir, bir çox maraqlı layihələr reallaşdırır. Ancaq bizim Azərbaycanla bir dənə də olsun ortaq layihəmiz yoxdur. Bundan əlavə Dağıstanın heç Stavrapol diyarı, Çeçenistan və Rusiya federasiyasının digər subyektləri ilə ortaq layihəsi də mövcud deyil. Ancaq bir ölkədə yaşayırıq. Mənim prezident İlham Əliyevlə görüşümdən sonra biz bir sıra proqramlar başlatdıq. Belə ki, Azərbaycan Dərbənddə Heydər Əliyev küçəsinin yenidən qurulması ilə məşğul olur, eyni zamanda Azərbaycan tərəfinin dəstəyi ilə idman kompleksi tikilir”.

R.Abbdulatipov deyib ki, Azərbaycanla bir sıra yaxşı kommersiya layihələri də var, bura şüşə sənayesi üçün qum təchizatı da daxildir. “Azərbaycan, məsələn, bizim uşaqların Diplomatik Akademiyada pulsuz təhsilini də üzərinə götürməyə hazırdır” o bildirib.

Abdulatipov deyib ki, Xəzəryanı regionda təhlükəsizliyin təminatına gəldikdə bu məsələ Federasiya subyektlərinin səlahiyyətlərində deyil. “Lakin mən bilirəm ki, bu məsələlər RusiyaAzərbaycan prezidentlərinin şəxsi görüşlərində həllini tapır” Abdulatipov əlavə edib.

R.Adulatipov daha sonra baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla birlikdə idmanın inkişafına dəstək vermələrindən danışıb. O, deyib ki, son illərdə Azərbaycanla idmanın inkişafı sahəsində sıx əməkdaşlıq edirlər. “Azərbaycanda son illər idman sahəsində böyük uğurlar əldə olunub, o cümlədən vaxtilə Abbas Aydınoviçin Güləş Federasiyasına rəhbərlik etdiyi vaxtlarda idmanın bu növündə. Məncə o, üstəlik Olimpiya Komitəsinin prezidenti idi, sonra ora Heydər Əliyeviin dövründə İlham Əliyev rəhbərlik etməyə başladı. Yadımdadır ki, Sidneydə, ilk azərbaycanlı olimpiya çempionu olanda biz necə sevinmişdik. Yeri gəlmişkən biz orada Abbas Aydınoviçlə və İlham Heydəroviçlə bir yerdə idik. Bu gün isə azərbaycanlılar arasında çox çempion var”.

Abdulatipova görə A.Abbasov Azərbaycanla yanaşı Rusiya idmanında da böyük rol oynayıb. Güləşin olimpiya yarışlarına daxil edilməsində onun mühüm rolu olub.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar