Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Korrupsiyaya görə kimsə həbs edilməsin”


Müzəffər Baxışov: “Bu maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır”


Hərbi Prokurorluğun verdiyi məlumata görə cari ilin birinci yarısında Azərbaycan Silahlı Qüvvələrinin 43 zabiti korrupsiya cinayətinə yol verdiyinə görə məsuliyyətə cəlb edilib. 

Hərbi Prokurorluq tərəfindən təqdim edilən məlum fakt orduda korrupsiyaya qarşı aparılan mübarizənin real göstəricisi kimi qəbul edilsə də, bəzi mütəxəssislər bu rəqəmi həm də ordudakı korrupsiya cinayətlərinin kütləviliyinin göstəricisi kimi dəyərləndirir. Onların fikrincə, Azərbaycan kimi kiçik bir ölkənin ordusunda 6 ay ərzində bir tək korrupsiya faktına görə 43 nəfər zabitin məsuliyyətə cəlb edilməsi ordudakı korrupsiyanın pik həddə çatdığını göstərir. Ekspertlərin fikrincə, bu, sadəcə Hərbi Prokurorluq əməkdaşları tərəfindən aşkar edilən və barəsində qanuni tədbir görülən faktlardır ki, korrupsiya cinayəti ilə bağlı yüzlərlə hadisənin mövcudluğu şübhəsizdir.

Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov korrupsiya faktına görə hər hansı bir şəxsin həbs edilməsinin əleyhinə olduğunu vurğuladı. M.Baxışovun sözlərinə görə, ictimai şüur korrupsiyanı qeyri-əxlaqi əməl kimi qəbul etmir və elə bu səbəbdən də kimlərinsə korrupsiyaya görə azadlıqdan məhrum edilməsi məntiqli sayıla bilməz: “Azərbaycanda kiminsə korrupsiya cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin tərəfdarı deyiləm. Cinayətin qanunda dörd əlaməti nəzərdə tutulub: ictimai təhlükəlilik, təqsirlilik, cəzalanması olması və qanunla qadağan olması. Cinayət hüququ sahəsində fəaliyyət göstərən alimlər qeyd edirlər ki, cinayətin digər bir əlamət də var ki, bu da qeyri-əxlaqilik əlamətidir. Yəni hər hansı bir əməlin cinayət kimi müəyyən edilməsi üçün ictimai şüur onu həm də qeyri-əxlaqi bir əməl kimi qəbul etməlidir. Amma Azərbaycan ictimai şüuru rüşvətvermə və rüşvətalmanı, korrupsiyanı qeyri-əxlaqi bir əməl kimi qəbul etmir”.

Ekspertin sözlərinə görə, əslində korrupsiya ilə bağlı maddə Cinayət Məcəlləsindən çıxarılmalı, buna görə məsuliyyət aradan qaldırılmalıdır: “Korrupsiya ilə bağlı maddəni Cinayət Məcəlləsindən çıxartmaq lazımdır. Azərbaycanda korrupsiya məişət səviyyəsinə enib. Kimliyindən asılı olmayaraq insanlar korruposiya cinayəti ilə məşğuldurlar. Məsələn, bir fəhlə gündə 10 manat pul qazanır. O, hər gün bir manat pulu kənara qoyur və övladı 18 yaşına çatanda bu pulu hərbi komissarlığa verib öladını həqiqi hərbi xidmətdən saxlatdırır”.

Orduda baş verən korrupsiya faktına diqqət çəkən hüquqşünas korrupsiyanın miqyasının elan edilən rəqəmlərdən müqayisəedilməz dərəcədə böyük olduğunu vurğuladı. M.Baxışovun sözlərinə görə, əgər korrupsiya cinayətinə yol verən hər bir zabit həbs edilsəydi, o zaman Azərbaycan ordusu başsız qalardı: “Azərbaycan cəmiyyəti korrupsiya xəstəliyinə tutulub və bu, bütün sahələrə sirayət edib. Eyni vəziyyət orduda da mövcuddur. Hamı bilir ki, ordudakı bütün rəis heyəti korrupsiya ilə məşğuldur. Lakin təbii ki, onların hamısını eyni vaxtda tutub həbsxanalara salmaq olmaz. O zaman ordu başsız qalar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar