Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəqliyyatın daha rasional və təhlükəsiz olması üçün səylərimizi gücləndirməliyik”


Bu dəqiqələrdə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının 3-cü sessiyası keçirilir


Tədbirdə nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat üzrə Konfransı və Nazirlər Görüşü keçirilir. Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun dəvəti ilə tədbirdə iştirak edir. 

Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədov çıxışı zamanı konfrans iştirakçılarına deyib:

“Düşünürəm ki, nəqliyyatın ölkələrimizin sosial-iqtisadi həyatında rolunu artırmaqla gələcəkdə nəqliyyatın daha rasional və təhlükəsiz olması üçün səylərimizi gücləndirməliyik. Nəqliyyatın əlverişliliyi, təhlükəsizliyi, nəqliyyat əməliyyatlarında ən müasir informasiya-kommunikasiya texnologiyasının tətbiqi ESCATO regional proqramı əsasında aparılmalıdır”.

Nazir Z.Məmmədov Azərbaycanın Qafqaz regionunda nəqliyyat daşımalarının inkişafında fəal rol oynadığını qeyd edərək əlavə edib:

"Bu gün müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, nəqliyyat sektorunda gedən işlə tanış olmaq, gələcəkdə uğur əldə etmək üçün yeni proqram hazırlamaq imkanı əldə etmişik.

Nəqliyyat nazirlərinin 2012-ci ildə keçirilən Konfransında beynəlxalq intermodal nəqliyyat sistemi və loqistikasının yaradılması, regionda nəqliyyatın, ticarət və turizmin inkişafı üçün nəzərdə tutulduğu qeyd edilmişdi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycanın tranzit siyasəti inkişaf etmiş infrastrukturun qurulması, nəqliyyat daşımalarının diversifikasiyası, tranzit imkanlarının rasional istifadəsi, nəqliyyat layihələrinə dövlət dəstəyi, sərhədlərin keçilməsi prosedurunun sadələşdirilməsi, loqistika sisteminin geniş tətbiqi, malların rahat daşınması üçün nəzərdə tutulub. Biz BMT-nin dənizə çıxışı olmayan və inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş Vyana proqramını dəstəkləyirik və proqramın hədəfə çatması üçün konkret addımlar atırıq”.

Nazir Z.Məmmədov sonda vurğulayıb ki, Xəzər regionunda dəniz daşımalarını artırmaq və inkişaf etdirmək üçün yeni tanker və bərə-gəmilər alınır. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi davam edir.

Tədbirdə regional nəqliyyat sisteminin fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi (II mərhələ: 2012-2016-cı illər), sabit nəqliyyat əlaqələri üzrə regional fəaliyyət proqramının müzakirəsi və qəbul edilməsi (I mərhələ: 2017-2021-ci illər) nəzərdə tutulur. 

Görüşün sonunda Nazirlər Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar