Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədə mobil telefon tarifləri şişirdilib”


“Bizdəki mobil danışıq və mobil İnternet tarifləri həm regionda və həm də dünyada ən yüksək və şişirdilmiş tariflərdir”


Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz facebook səhifəsində məlumat verib.

“Mobil internet və onun keyfiyyəti isə lap biabırçılıqdır. Uzağa getmək lazım deyil , elə nazirliyin yaxınlığında mobil internetdən istifadə edərək bunu görmək olar. Təklif edərdim ki nazirliyin tənzimləyici şöbəsinin əməkdaşları öz otaqlarından mobil internetə daxil olub baxsınlar ki necə tənzimləyirlər. Təsəvvür edin ki qonşu ölkələrlə, lap elə Türkiyə ilə müqayisədə bizdəki mobil danışıq tarifləri az qala 3 dəfə yüksəkdir. Baxmayaraq ki son dövrlərdə həqiqətən də operatorlar tərəfindən endirimlər edilib amma yenə də qonşu ölkələrə müqayisədə qiymətlər bahadır”.

O.Gündüzün sözlərinə görə, Avropada roumuinqin ümumiyyətlə ləğv edilməsi gündəmdə olduğu bir vaxtda MDB məkanında ən bahalı rouminq bizdədir. “Əksəriyyət insanlar xaricə gedəndə məcburdur ki ya telefonu söndürsün və ya effektiv – səmərəli istifadə etməsin. Reallıq budur ki həm danışıq tarifləri , həm mobil İnternet və həm də rouminq tarifləri kifayət qədər yüksəkdir və real xərcləri əks etdirmir. 


Ekspert bildirib ki, bu cür mühitin yaranmasında elə nazirliyin günahı az deyil.
“Adicə nömrə daşınması məsələsini elə vəziyyətə gətirdilər ki sonda bu siyasət iflasa uğradı. Gözləntilər özünü doğrultmadı. Nömrə daşınma rəqabət mühitinin inkişafına hər hansı müsbət təsir etmədi. Abonent uğrunda hər hansı mübarizə filan müşahidə olunmadı. Yalnız korporativ müştərilər uğrunda hansısa gəlişmələr müşahidə olunur.Səbəb isə əslində 2008-ci ildən gündəmdə olan bir məsələnin - nömrə daşınmasının süni surətdə ləngidilərək 7 il uzadılmasında idi. Artıq bütün istifadəçilərin cibində hər üç mobil operatoru nömrəsi olandan sonra təbii ki nömrə daşınması heç bir dəyişiklik yaratmayacaqdı”.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar