Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reina“ qətliamını törədən terrorist İstanbulda sağ olaraq yaxalanıb


"Reina" qətliamını törədən 39 nəfərin qatili terrorist Abdulkadir Maşaripov yaxalanıb


PİA.AZ Musavat.com-a istinadən xəbər verir ki , 1 yanvar 2017-ci il tarixində İstanbulun "Reina" adlı gecə klubunda qətliam həyata keçirən terrorist yaxalanıb. 

Türkiyəni qana bulayan və 39 can alan özbək əsilli terroristin tutuqlanması bütün Türkiyə televiziyalarının öz yayımını yarıda kəsməsinə, efiri tam olaraq bu mövzuya vermələrinə səbəb olub. 

Türk mediası yazır ki, terrorist Abdulkadır Maşaripov İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib. 

Onun çoxmərtəbəli evlərdən birində qaldığı bildirilir. Hazırda terrorçunu prosedura uyğun olaraq, "Haseki" xəstəxanasında tibbi müayinədən keçirdib, daha sonra sorğulayacaqlar. 

Əbu Muhammed Xorasani kod adlı bu terroristin sağ olaraq ələ keçirilməsi Türkiyə hüquq mühafizə orqanlarının böyük uğuru sayılır. Çünki bu qanlı terrorçu özü ilə böyük sirləri də gizlədirdi. Ortada çoxsaylı suallar və bilinməsi gərəkən sirlər var. 

Türkiyə mediasının xəbərinə görə, terrorist Esenyurdda 4 yaşlı oğlu ilə bir qırğız dostunun evində qalırmış. Terrorçunun həmin evdə tutulduğu bildirilir. Qardaş ölkə mediası xəbər verir ki, əməliyyatı MİT və polis bərabər həyata keçiriblər.

****

İrəliləyən dəqiqələrdə məlum oldu ki, terrorçunun yaxalandığı ev İŞİD terror hörgütünün hücrə evlərindən biridir və orada terrorçudan və 4 yaşlı oğlundan başqa, üçü qadın olmaqla, daha 5 nəfər də qalırmış. Onların da saxlanıldığı qeyd edilir. Onlardan biri aşağıdakı fotoda gördüyünüz qırğız əsilli havadarıdır. 

Terrorçunun qaldığı ünvana əməliyyat həyata keçirilən saatda İŞİD terror təşkilatınını digər hücrə evlərinə də basqın edilib. 

Yada salaq ki, İstanbulda həyata keçirilən qanlı "Reina" terrorunun məsuliyyətini İŞİD terror hörgütü öz üzərinə götürmüşdü.

***
Qeyd edək ki, İstanbul Baş Polis İdarəsinin rəisi Mustafa Çalışkan və İstanbul valisi Vasıp Şahin Türkiyə vaxtı ilə saat 10:30-da mətbuata açıqlama verəcək.

***
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu "Reina" qətliamçısının tutulması ilə bağlı fikirlərini bölüşüb. O, "tvitter" sosial şəbəkəsində daxili işlər naziri Süleyman Soylu başda olmaqla polis və kəşfiyyat birliklərinə təşəkkür edib.

Əlavə məlumat olduqca, yayınlayacağıq. 



Reina saldırganı İstanbul`da yakalandı

Reina saldırganı İstanbul`da yakalandı











pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar