Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rövşən Lənkəranski”ni kim və niyə öldürdü – Təfərrüatlar


Azərbaycanlı “qanuni oğru” İstanbulda güllələndi; Lənkəranskinin düşmənləri çox olduğundan qətlin sifarişçisinin kimliyi müəmmalıdır, amma...; avtoritet bu gün doğulduğu torpaqda dəfn olunacaq
Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev(“Rövşən Lənkəranski”) avqustun 18-də Türkiyədə öldürülüb


“Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. 

Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan “Lənkəranski” və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.

Lənkəranski” üçün pusqu

Hadisədən sonra bölgəyə çox sayda polis cəlb edilib.  Zirehli bir polis maşını ətrafda təhlükəsizlik tədbirləri alıb. Sonradan bəlli olub ki, killerlərin gülləbaran etdiyi “Range Rover”də Rövşən Canıyevlə birlikdə 3 nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. Lakin “Range Rover”in sürücüsü və “Lənkəranski” çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, “qanuni oğru”  isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə, R.Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən keçərək beynini dağıdıb və başının arxa tərəfindən çıxıb.

İstanbul Əmniyətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu ilə təchiz edilmiş 1 ədəd “Uzi” tapança-pulemyot, 1 ədəd “Glock” markalı tapança, çoxlu sayda boş giliz tapılıb. Bu silahların “Range Rover”dəki şəxslərə aid olduğu bildirilir.

Türkiyə mediası “Rövşən Lənkəranski” azərbaycanlı iş adamı Rövşən Əliyev kimi təqdim olunmaqla əvvəlcə onun həlak olması, daha sonra isə “Şişli Etfal” Xəstəxanasına aparılması və həkim nəzarətinə alınması haqda xəbərlər yayıb.

“Qanuni oğru”nəşi üçün xüsusi təyyarə


Ümumiyyətlə, hadisədən sonra R.Canıyevin gah dünyasını dəyişməsi, gah da sağ qalması haqda xəbərlər gün ərzində bir-birini əvəzləyib. Nəhayət, Azərbaycanın İstanbuldakı Baş Konsulluğun məsələyə aydınlıq gətirib. Konsulluqdan “Yeni Müsavat”a bildirilib ki, “Rövşən Lənkəranski”nin yerləşdirilidiyi xəstəxanadan zəng gəlib. Bildirilib ki, ağır yaralı olan “qanuni oğru” həyatını itirib. Cənazə xəstəxanadan konsulluğa göndərilib, orada sənədləşdirmə işləri aparılıb. Prosedurlara görə xarici ölkədə vəfat edən şəxsin meyiti onun ölkəsinin konsulluğuna təhvil verilir, sonra da müvafiq sənədləşdirmə işləri aparılaraq cənazə mərhumun yaxınlarına təhvil verilir. Bundan sonra nəşi hava limanına aparılır, orada gömrükdən və sərhəd xidmətindən keçməklə ölkəsinə yola salınır.

Redaksiyamıza daxil olan məlumata görə, olaydan 2 gün əvvəl “Lənkəranski”nin ailə üzvləri İstanbula gediblər. Orada həftəsonu birgə istirahətə yollanmağı planlaşdırıblar. Qanlı olay bu planları pozub.

İstanbuldakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, “Rövşən Lənkəranski”nin cənazəsi məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Müvafiq müayinələrdən sonra meyitin avqustun 19-da yaxınlarına təhvil veriləcəyi gözlənilir. Cənazənin xüsusi təyyarə ilə Lənkəran Hava Limanına gətiriləcəyi deyilir.



“Report” agentliyi isə “Lənkəranski”nin qohumlarına istinadən məlumat yayıb ki, avtoritetin qardaşı Namiq Canıyev Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğul olub. Eyni zamanda Lənkəran şəhərində də hüzr məclisinə hazırlıq işləri başlayıb. Yas məclisi Canıyevlərin “Kiçik Bazar” məhəlləsində yerləşən evlərində keçiriləcək. “Lənkəranski” həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, “Yeni Müsavat”ın əməkdaşları artıq Lənkərandadırlar və bu qətllə, eləcə də dəfnlə bağlı geniş yazını sabahkı sayımızda oxuya biləcəksiniz.

Niyə Canıyev yox, Əliyev?



Qanlı olaydan sonra Türkiyə mətbuatında “Rövşən Lənkəranski”nin soyadının Əliyev göstərilməsinə gəlincə, bildirilir ki, ata soyadı Canıyev olan Rövşən bir müddət öncə ana soyadını götürüb. Xəbəri “Lənkəranski”nin qohumu, Milli Məclisin deputatı Fəzail Ağamalı da təsdiqləyib. Məlum olduğu kimi, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəraniskinin qardaşının həyat yoldaşıdır.

Kriminal əfsanə...



Rövşən Canıyev 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbayel Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.



Rövşən Caniyev kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınırdı. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub. 2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Son vaxtlar o, Türkiyədə, gah da Ukraynada yaşayır, biznes fəaliyyəti ilə məşğul olurdu.



Azərbaycan Daxil İşlər Nazirliyi isə “Rövşən Lənkəranski”nin Türkiyədə öldürülməsini şərh etmir. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə, bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır. DİN rəsmisi Azərbaycanda heç bir “vor zakon”un olmadığını da əlavə edib: “Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir ”vor zakon" tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevin öldürülməsinə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə qoy onlar özləri araşdırsınlar". Rövşən Canıyevin dəfnində “vor zakon”ların mümkün iştirakına gəldiksə isə Ehsan Zahidov bu variantı istisna edib. Bildirib ki, bütün qanunazidd hərəkətlərin qarşısı alınacaq. “Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur və ölkəyə gələn şəxslərin kimlikləri, onların məqsədləri dəqiqləşdirilir” deyə, DİN rəsmisi bildirib. 

Qətli kim və ya kimlər törədə bilər?

Lənkəranski”nin qətlinin sifarişçiləri barədə dəqiq məlumat yoxdur. Məlumdur ki, avtoritet uzun illərdir ki, bir sıra kriminal qruplaşmalarla konfliktdə idi. Bu sırada ilk yada  2013-cü ilin yanvar ayında qətlə yetirilən “Ded Xasan” ləqəbli Aslan Usoyanın klanı  düşür. “Ded Xasan” klanı qətli “Lənkəranski”nin sifarişi ilə törədildiyini iddia edirdi və hətta onun “başı”na 5 milyon dollar mükafat da vəd edilmişdi. “Ded Xasan”ın intiqamının alınacağı ilə bağlı söz-söhbətlər daha bir nüfuzlu kriminal Zaxari Kalaşov (“Şakro Molodoy”) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra yenidən dövriyyəyə buraxılmışdı.  Amma “Şakro” “Lənkəranski” ilə açıq savaşa girmədi. 



Əksinə, kriminallar arasında əvvəlki nüfuz müharibələri də xeyli səngidi. Yalnız son aylar klanlar arasında Rusiyanın regionlarında yenidən nüfuz savaşının başladığı xəbərlər artmağa başlamışdı ki, bu sırada “Lənkəranski” nin adamlarının da adı hallanırdı. “Ded Xasan”ın qətlindən sonra klanın itirilmiş mövqelərini qaytarmağa çalışan “Şakro” ötən ay  gözlənilmədən həbs edildi. Bu dəfə də yenə diqqətlər “Lənkəranski” cəbhəsinə yönəldi. Açıq deyilməsə də, bu həbsdə “Lənkəranski”nin maraqlı ola biləcəyi barədə iddialar vardı.



Qeyd edək ki, “Lənkəranski”  azərbaycanlı avtoritetlərlə  də, o cümlədən  bir neçə ay əvvəl “qanuni oğru” adı alındığı üçün özünü Kiyevdə doğrayan  Dadaşbala İbrahimov (“Lotu Dadaş”),  2013-cü ildə İstanbulda  güllələnən Əlibala Həmidov (“Qoca Yasamallı”), 2014-cü ilin aprelində Odessada öldürülən “Vaxa” ləqəbli  Baxış Əliyevlə,  o cümlədən 18 ildir həbsdə olan Nadir Səlifovla da( “Lotu Quli”)   gərgin münasibətləri olduğu sirr deyil. Maraqlıdır ki, üç il əvvəl “Qoca Yasamallı” da İstanbulda məhz avqustun 18-də güllələnmişdi.  Qətllə bağlı bildirilirdi ki, guya “Qoca” yanında olana son nəfəsində “Rövşən” deyibmiş...



Əlbəttə ki, bu cür sifarişli qətllərin arxasında kimin və ya kimlərin dayandığı  heç vaxt rəsmi olaraq açıqlanmır, cinayət işi məhkəmədə çözülmür. “Lənkəranski”nin  çoxsaylı düşmənləri vardı və qətlin  konkret kimin sifarişi olduğunu yalnız məhdud bir çevrə bilir. İndi bu istiqamətdə də çoxsaylı versiyalar üzə çıxacaq. 

Lənkəranski”nin qətli kriminal aləmdə yeni hesablaşmalara da yol açacaq. Hikmət Muxtarov (“Hikmət Sabirabadlı”) və Məmməd Hüseynov (“Masallı Mamed”)dan sonra ən nüfuzlu azərbaycanlı “qanuni oğru”  “Rövşən Lənkəranski” əfsanəsi də  beləcə yarımçıq bitdi.
Allah rəhmət eləsin. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar