Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın yenidən parçalanacağının şahidi olacağıq”


Qərb Bakı üçün Moskvaya qarşı proqram hazırlayır


Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Qərb üçün Cənubi Qafqazın qorunmasının priotet məsələ olduğunu deyib:
 
“Bu cür qərar istər Amerika, istərsə də NATO tərəfindən gözlənilən idi. Uels Sammitində ciddi qərarlar qəbul olunacağını mən son müsahibəmdə xatırlatmışdım. Cənubi Qafqaz ölkəsi olan Azərbaycan Qərb və NATO üçün çox önəmlidir. Regionda stabilik və sabitlik demokratiyanın inkişafına gətirib çıxardacaq. Bu sabitlik isə təhlükəsizlikdən keçir. Ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyinin qorunması artıq prioritet məsələ halına gəlib. Amerika üçün müttəfiqlər və onların inkişafı önəmlidir. Hazırda bu məsələdən də əlavə Qərb yeni bir proje üzərində işləyir. Bu projeni tezliklə bəyan edəcək. Bu, ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə şamil ediləcək. Bu projedən sonra ümumilikdə bütün proseslər sürətlənəcək ki, sonda bəzi, hətta hegemon dövlətlərin dağılmasının şahidi olacağıq”.
 
F.Məmmədov Rusiyanın çoxdan qırmızı xətti keçdiyini bildirib:
 
“GUAM ölkələri də Qərb üçün önəmlidir. Bilirsiniz, burada əsas məsələ xalqların seçimidir. Gərək hər kəs bu seçimə hörmətlə yanaşsın. Rusiya bu hörməti tanımır, çünki Rusiya daxilində şovinizm baş alıb gedir və sonda bu şovinizmin nəticəsi ağır fəsadlara gətirib çıxardacaq. SSRİ bu cür daxili siyasət nəticəsində dağıldı. Amma Rusiyanın SSRİ-dən daha bərbad vəziyyətə düşəcəyini görəcəyik. Qərb və Avropa son ana qədər Rusiyaya müttəfiqlik təklif etdilər. Ukrayna böhranının müsbət həllinə dəvət etdilər. Lakin Malayziya təyyarəsinin vurulması bu proseslərin qırılma nöqtəsi oldu. Əgər təyyarənin vurulduğu sübuta yetirilərsə, onda Rusiya tərəfi bunu çox ağır şəkildə ödəyəcək. Rusiya artıq qırmızı xətti keçdi. Diplomatiyada bütün qaydalara əməl edərək oynamaq lazımdır. Əgər bu qaydaları pozarsansa və real təhlükə halına gələrsənsə, onda səni məhvolma gözləyir. Biz yaxın illərdə Rusiyanın yenidən parçalanacağının şahidi olacağıq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar