Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tapşırılıb ki, işğal altındakı ərazilərdə dinc əhaliyə atəş açılmasın”

“Düşmənin gecə saatlarında atəşkəsi pozmasının əsas məqsədi yaşayış məntəqələrini hədəfə almaqdır”


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı bildirib.
 
O qeyd edib ki, aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələri sırf mülki əhali arasında itki olsun deyə, gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar: “Bu bir daha erməni barbarlığını nümayiş etdirən faktdır. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın olan bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun. Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən tapşırıq verilib ki, Azərbaycan silahlı bölmələri işğal altında olan ərazilərdə məskunlaşan dinc əhaliyə atəş açılmasın. Bizim məqsədimiz düşmənin atəş nöqtələrinə adekvat cavab zərbələri endirməkdən ibarətdir. Bu da düşmənin atəşini susdurmaq məqsədi daşıyır. Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib”.
 
V. Dərgahlı həmçinin ermənilərin qadağan olunmuş silahlardan istifadə edilməsi məsələsində də toxunub. O qeyd edib ki, belə faktlar var və ictimaiyyətə bu barədə məlumat verilib: “Hazırda həmin qadağan olunmuş silahların mənşəyi araşdırılır. Ermənilərin bu silahlardan istifadə etməsi beynəlxalq konvensiyalara ziddir, ermənilər əhali arasında çoxsaylı itki olması üçün bütün vasitələrdən istifadə etməyə çalışır”.
 
V. Dərgahlı əlavə edib ki, son günlər ərzində Azərbaycan ordusu heç bir itki verməyib, hər hansı hərbi texnika sıradan çıxarılmayıb. 

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi)  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə cəbhə bölgəsinə gediblər.
 
Media təmsilçiləri öncə Bərdə rayonunda olub, Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.
 
Daha sonra Ağdam rayonuna gedən jurnalistlər ermənilərin atəşi nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüb, xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinlərinə baş çəkiblər.
 
Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, "Cihan", “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar