Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təmiz Şəhər” şagirdlər üçün “master-klaslar” keçirib


“Təmiz Şəhər” ASC ustad dərsləri ilə şagirdlərə köhnə geyimlərdən müxtəlif oyuncaqlar düzəltməyi öyrətdi




“Təmiz Şəhər” ASC Bakı-Oksford Məktəbinin şagirdləri üçün ustad dərsləri təşkil edib. Mütəxəssislər məktəblilərə lazımsız hesab olunan əşyalardan, tullantı materiallarından istifadə edərək əl işləri hazırlamağı öyrədiblər.

Bu cür “master-klaslar”ın keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab olunan materiallardan istifadənin mümkünlüyünün təbliğ edilməsidir.

Dərslərdə şagirdlər köhnə geyimlərdən, müxtəlif parça hissələrindən, pambıq və iplərdən istifadə edərək müxtəlif oyuncaqlar hazırladılar. Dərs zamanı uşaqlara həm əl əməyi öyrədildi, həm də bu fəaliyyətlə məşğul olarkən eyni zamanda ətraf mühitin qorunmasına da dəstək olmağın yolları göstərildi. 

Bakı şəhərində tullantıların zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC mütəmadi olaraq ustad dərsləri formasında və fərqli layihələrlə ətraf mühitin qorunması sahəsində maarifləndirmə işləri görür.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar