Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xaricdə din adı altında vuruşub ölənlər şəhid deyil”

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib


 Dövlət Himninin səsləndirilməsi ilə başlayan təbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növünə aid bir qrup zabit və kursant heyəti də iştirak edib.
Konfransda Komitə sədrinin müavini Siyavuş Heydərov, dini konfessiyaların nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

Əvvəlcə komitənin dəstəyi ilə çəkilən “Şəhadət” filmi nümayiş olunub.  Daha sonra çıxış edən S. Heydərov vətənpərvərlik ruhunun orduda yüksək səviyyədə olmasından və şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb: “Şəhidlik təbii ki, müzakirə mövzusudur. Bəzən gedib hansısa xarici ölkədə, xarici münaqişədə din adı altında döyüşlərdə ölənləri də şəhid adlandırırlar. Bu, yanlışdır. Şəhidliyi öz ordusunda öz vətəni, dövlətinin suverenliyi və təhlükəsizliyi uğrunda həyatlarını qurban verənlər qazanırlar. Bu gün ordumuzda psixoloji durumun gücləndirilməsində milli-mənəvi dəyərlərin rolu böyükdür. Komitəmiz ordu ilə sıx əməkdaşlıq edir. Bütün qüvvəmizi səfərbər edərək orduda vətənpərvərlik hissinin gücləndirilməsinə çalışırıq. Fəxrlə deyə bilərik ki, xüsusi ilə gənclərimiz arasına vətənpərvərlik hissi yüksək səviyyədədir. Bunun daha da gücləndirilməsinə ehtiyac var.  Vətənpərvərlik hissi zəif olan insanlar yad dini ideologiyaların təsirinə məruz qalırlar və cəmiyyət üçün təhlükəli şəxslərə çevrilirlər”.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmovun “İslamda şəhidlik”, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin “Hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı məruzələri dinlənilib.

Tədbir hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu, bu sahədə görülən işlər və qarşıda duran məsələlərin müzakirəsi ilə davam edib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar