Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zakir Həsənovu Elmar Məmmədyarovdan daha önə çıxartmalıyıq” - Deputat

Zahid Oruc: “Qərb təşkilatları Azərbaycana ikilistandartlarla yanaşır”


Bu fikri demək olar ki, əksər hakimiyyət təmsilçisinin dilindən eşitmişik. Ancaq hər zaman bu ikilistandartların səbəbi kimi Qərbi günahlandırmışıq. 

Musavat.com-a danışan deputat Zahid Oruc Qərbin ikili yanaşmasının elə onların öz maraqlarına da zidd olduğunu vurğuladı: “Biz bunu ona görə söyləmişik ki, bu qurumlardan Rusiyanın Ukraynaya hücumu zamanı olduğu kimi, daha kəskin mövqe istəmişik. Siz düşünün ki, Ukraynanın hökumət adamlarının  olmadığı tribunalarda belə, həmin ölkənin maraqları müdafiə edilir. Təbii ki, bu, anti-Rusiya siyasətinin tərkib hissəsidir. Hər hansı İsveç və ya Danimarka vətəndaşı, siyasətçisi sadəcə, Ukraynaya yanmır, sülh tərəfdarı olduğundan bu mövqeni seçir. Yaxud Avropa Şurasında Ukrayna siyasətçilərinin olmadığı bir yerdə çox fəal şəkildə Rusiyanı pisləyirlər, Donbasa hücumları tənqid edirlər. Ona görə də, istənilən azərbaycanlı düşünə bilər ki, bunlar ikilistandartlarla yaşayırlar. Niyə Rusiya Qafqazda hər hansı siyasət yürüdəndə buna adi yanaşmaq olar, ancaq bunu başqa bir slavyan xalqlarına qarşı  edəndə Qərb avtomatik olaraq, bunu faşizm siyasəti adlandırmalıdır. Belə olmaz axı…”

Zahid Oruc Qərbin Qafqaz regionunda Rusiyanın möhkəmlənməsinə mane olmasını vacib hesab etdiyini bildirdi: “2009-cu ildə mən NATO-nun Uelsdə keçirilən zirvə toplantısında iştirak edirdim. Bu ara Corc Robertson vəzifəsini təhvil verirdi və Rasmussen vəzifəyə gəlirdi. Mən orada sual verdim ki, 1919-cu ildə Britaniyanın həm hərbi qüvvələri, həm də neft kompaniyaları Qafqazda və Azərbaycanda idi. Ancaq bizə müstəqilliyimizi qorumağa kömək etmədilər. Daha çox iqtisadi maraqlarını güddülər. Ancaq bunun nəticəsində o dövrdə Qafqazda yaranmış gənc respublikalar Rusiya basqısı altında öz müstəqilliklərini qoruya bilmədilər. SSRİ yarandı və hamınızı da qovub çıxartdı. Onlara söylədim ki, siz Rusiya ilə bu cür ittifaqda olsanız da, günün birində yenə Rusiya güclənib, Qafqazı ələ keçirəcək və bir də ayılacaqsınız  ki, bütün neft kompaniyalarınızı Xəzərdən qovub. Maraqlı orası idi ki, Rasmussen mənə cavab verdi ki, tarix heç də həmişə yaxşı köməkçi deyil”.  

Deputat onu da qeyd etdi ki, bizim siyasi əlaqələrimiz kifayət qədər uğurlu olub: “Bu gün ermənilər deyirlər ki, onlar siyasi baxımdan tənhadırlar, Qərb onları müdafiə etmir. AŞPA rəsmiləri guya Azərbaycan tərəfinə satılıblar. Guya müxtəlif dairələr Azərbaycanın iqtisadi layihələrinə uyublar. Ermənilər belə qiymət verərkən görürlər ki, Azəbaycanın yetərincə dostları var və biz özümüzə kifayət qədər dostlar qazanmışıq”. 

Azərbaycan üçün ən yaxşı diplomat onun əsgəridir” deyən Z.Oruc qeyd etdi ki, Dağlıq Qarabağ məsələsində ölkəmiz öz kəskin siyasətini davam etdirməlidir və bu məsələdə Qərbdən nə isə ummaq dövrü bitib: “1990-cı illərdə inanc ondan ibarət idi ki, BMT qətnamə veribsə, hər şey həll olunub. Bizi Qarabağa BMT silahlıları aparacaq və torpaqlarımızı müharibəsiz qaytaracaqlar. Ancaq bəlli oldu ki, bu, belə deyil. Bu səbəbdən, bundan sonra da Azərbaycanın addımları öz  kəskinliyi ilə davam etməlidir. Ən yaxşı diplomatlar əsgərlərimiz və ordumuzdur. Bunu belə bilməliyik. Zakir Həsənovu hər zaman Elmar Məmmədyarovdan qabağa qoymalıyıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar