Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ Azərbaycan bu gün yeganə ölkədir ki, müstəqil siyasətini yeridir”

Siyavuş Novruzov: “Azərbaycanın təbii sərvətlərindən güzəştli istifadə etmək istəyən dövlətlər var”


İqbal Ağazadə: “Hakimiyyət Rusiyadan gələn təzyiqləri dilinə gətirə bilmir, sadəcə, Qərbi üstüörtülü şəkildə inandırmağa çalışır”;

Qoşulmayanlar Hərəkatına üzvlüyünü əsas gətirib balanslı siyasətə üstünlük verən Azərbaycan bu gün Qərblə Rusiyanın maraqlarının toqquşduğu və hər iki tərəfin təzyiqlərinə hədəf olan ölkələrdən biridir. 

Son vaxtlara qədər Azərbaycanın dövlət rəsmiləri təzyiqlərə məhəl qoymadıqlarını, ikitərəfli səviyyədə münasibətlərin yüksək səviyyədə olduğunu bəyan edirdilərsə, artıq bu barədə etirafları dilə gətirməyə başlayıblar. Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ötən həftə 3-cü Qlobal Bakı Forumunda rəsmi Bakının üzləşdiyi təzyiqlərlə bağlı sensasion çıxışı ilə diqqəti bir daha bu mövzuya yönəltmiş oldu. 

Cənab Məmmədovun “Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki, bunu təsəvvür edə bilmirik. Bəlkə olimpiada bitərdi, sonra başlayardılar. Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz” deməsi, üstəlik, “Azərbaycanı Liviya, Suriya dövlətinə çevirmək istəyirlər” söyləməsi vəziyyətin dramatikliyindən xəbər verir... 

Ancaq nə PA rəsmisi, nə də digər səviyyələrdə təzyiqlərin səbəbləri hələ ki açıqlanmır. Əgər Azərbaycanı sıxan Qərb dairələridirsə, ortadakı səbəb və məqsəd nədir? Deyək ki, demokratiya və insan haqlarını əsas gətirib Bakıya təzyiq göstərilirsə, bu halda hakimiyyət nədən siyasi məhbusların əfvi, yaxud digər addımlarla özünü təzyiqlərdən sığortalamaq istəmir? Bəlkə bir sıra ekspertlərin iddia etdiyi kimi, ortada Qarabağ məsələsi ilə bağlı güzəştlərə vadar etmək cəhdi var. 

Ümumilikdə, bu panik əhval-ruhiyyənin səbəbi nədir? 

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hesab edir ki, əslində Novruz Məmmədov Qərb dairələrinə “Eurovision”dan başlamış ta Olimpiadaya qədər olan dövrdə insan haqları və digər məsələlər bağlı təzyiqlərdən daha çox, “bizə hansı təzyiqlər var” mesajını verir: “O, Rusiyadan gələn təzyiqlərin olduğuna işarə edir. Hakimiyyət bunu dilinə gətirə bilmir, sadəcə Qərbi üstüörtülü şəkildə inandırmağa çalışır. Qərb də mütəmadi olaraq bunu etiraf edir ki, biz Azərbaycanın  İranRusiyanın arasında hansı təzyiqlərlə üz-üzə olduğunu başa düşürük. Mən bir dəfə də demişdim, Rusiyanın bu istiqamətdəki təzyiqləri zəiflədikcə və ya dünya Rusiyanın üzərinə getdikcə, Qərbin burda demokratikləşmə faizini yüksəltmək tələbləri olacaq. İndi ortada o tələblər var. Çünki Rusiya da bir qədər zəifləmiş durumdadır. Artıq Avrasiya İttifaqı əvvəlki kimi gündəmdə deyil, Rusiyanın özünün problemləri var. Düzdür, son günlər Putin bu istiqamətdə bir neçə bəyanat verib, hətta ərazi iddiası ilə də çıxış edib. Görürsünüz ki, hamı sükutla üzərindən keçir, sanki eşitməmiş kimi danışır”.



İ.Ağazadənin fikrincə, əslində N.Məmmədovun da, hakimiyyətin də “bizə təzyiqlər var” ifadəsi Rusiya təhlükəsi ilə bağlıdır: “Yoxsa Qərblə bağlı olan təzyiqlərdə Azərbaycan hakimiyyətinin addım atmaq üçün limitləri var. Əsas bazarlıq insan haqları ilə bağlı məsələdir. İstənilən vaxt əfv fərmanı ilə bunları həll etmək mümkündür. Söhbət də bundan gedir. Yaxud qarşıdan seçki gəlirsə, Azərbaycan hakimiyyətinin parlamentdə müxalifətin bir hissəsinin təmsil olunmasını təşkil etməsi nə hakimiyyət, nə də demokratikləşmə üçün o qədər də ciddi problem yaratmaz. Ona görə də hesab edirəm ki, bu məsələlərdə Azərbaycan hakimiyyətinin qorxusu ayrı yerdəndir. 

”Bizə təzyiqlər var" ifadəsinin arxasında Rusiyanın hansı təzyiqləri etdiyini Qərbə bir daha xatırladırlar və deyirlər ki, bu qədər təzyiqlərin müqabilində Rusiyaya sarı getməmişiksə, siz də bizə insan haqları və sairlə bağlı təzyiq etməməlisiniz, bu, bizi yıprada bilər. Məntiq bunu deyir ki, əgər söhbət təkcə 5-3 siyasi məhbusun həbsdən azad olunmasıdırsa və tələblər də yüzdə doxsan doqquz bunun üzərində köklənibsə, hakimiyyətin bununla bağlı heç bir problemi yoxdur. Onu istənilən vaxt həll edə bilər, proses fərqli istiqamətə gedə bilər. Amma həm orda, həm burda fərqli şəkildə güzəştləri yerinə yetirmək nəticə etibarilə Azərbaycan hakimiyyətini çətin duruma sala bilər". Ümid Partiyasının sədri hesab edir ki, Qarabağ məsələsi ilə təzyiq burada istisnadır: “Hələlik Qarabağ məsələsi ilə bağlı elə bir ciddi irəliləyiş yoxdur və düşünmürəm ki, bu, hansısa problem yaradır”.  

 

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə dedi ki, təbii sərvətləri olan ölkələrin hər birinə bu cür təzyiqlər var: “Bizə olan təzyiqlər də onların bir hissəsidir. Bu gün Azərbaycan müstəqil siyasət aparır. Dünyaya nəzər salsaq, görərik ki, çox az ölkə müstəqil siyasət yürüdür. Ya hansısa bloka qoşulur, ya da hansısa iri dövlətin qoltuğunun altına girir, onun nüfuzundan istifadə etməyə çalışır. Elə Cənubi Qafqaz dövlətlərinə, postsovet məkanında olan ölkələrə baxsanız, görərsiniz ki, bir hissəsi Avropa İttifaqındadır, bir hissəsi tamam başqa quruma daxildir. Azərbaycan bu gün yeganə ölkədir ki, müstəqil siyasətini yeridir və xalqının maraqlarını müdafiə edir. Təbii ki, bu siyasət Qərbdən də, Şərqdən də, Avropadan, ya Asiyadan da olan dövlətlərin heç birisinin xoşuna gəlmir.  O baxımdan hər bir blok Azərbaycanı özünün tərəfdarı, başqasının əleyhdarı  kimi görmək istəyir. Biz isə hamı ilə balanslaşdırılmış siyasəti həyata keçiririk və hər bir təşkilatla bərabərhüquqlu olduğumuzu göstəririk”. 

S.Novruzov  qeyd etdi ki, təzyiqlərin əsas səbəbi də yuxarıda dediklərindən ibarətdir: “Digər tərəfdən isə Azərbaycanın təbii sərvətlərindən güzəştli istifadə etmək istəyən dövlətlər var. İstər-istəməz onlar da bu təzyiqlərdə QHT-lər, yaxud digər təşkilatlar vasitəsilə iştirak edir. Bu dövlətlər birbaşa fikirlərini deməsələr də, onlar vasitəsilə Azərbaycana qarayaxmalar, böhtanlar yağdırırlar, ölkəmizdə olmayan şeyləri şişirdib yaymaqla məşğuldurlar”. 

YAP-çı deputat təzyiq edən ölkələr sırasında Rusiyanın adının çəkilməməsi barədə fikirlərə reaksiyasında bildirdi ki, N.Məmmədovun açıqlamasında da konkret ölkələrdən söhbət getmir: “Tutaq ki, Azərbaycan bəyan etdi ki, onun ərazisindən İrana müdaxilə üçün heç vaxt istifadə edilə bilməz. Bu bəyanat təbii ki, Amerikanın və digər ölkələrin xoşuna gəlmədi. Azərbaycan mövqeyini bildirdi ki, mən Amerika ilə, İsraillə strateji müttəfiqəm və antiterror əməliyyatlarında iştirak edirəm. Bu da İranın xoşuna gəlmədi . Yaxud rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və ərazilərin dəyişdirilməsini qəbul etmədi, Krımın müstəqilliyini tanımadı. Təbii ki, bu da Rusiyanın xoşun gəlmədi. Lakin paralel olaraq Azərbaycan anti-Rusiya kampaniyasına da qoşulmadı. Bu da başqa dövlətləri qane etmədi. Hansı ki, Ermənistan Ukraynanın ərazi bütövlüyünü BMT-də dəstəkləmədi, bu barədə qətnamənin əleyhinə səs verdi. Azərbaycan isə bu cür dövlət deyil, biz müstəqil dövlətik”. (musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar