Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ Kreml Azərbaycan qazının Yunanıstandan nəqlini pozmaq istəyir?”


Ötən həftə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası qəbul edərək “Türk axını” qaz kəməri layihəsinin yunan ərazilərindən keçməsi məsələsini müzakirə etdi


Putin Yunanıstan baş nazirini bu layihənin Afina üçün çox sərfəli olacağını inandırmağa çalışıb. 

O bildirib ki, “Türk axını” kəməri Yunanıstan üçün hər il yüz milyonlarla dollar stabil tranzit gəliri vəd edir və bu ölkəni Avropanın cənubu üçün mühüm enerji mərkəzinə çevirəcək, onun geosiyasi əhəmiyyətini artıracaq.

A.Tsiripas isə Yunanıstanın bu layihədə iştirakı məsələsinə baxıldığını, əgər bu, baş verərsə, Afinanın Ankara ilə münasibətlərinin xeyli yaxşılaşacağını deyib.

Ancaq yunan baş nazir əlavə edib ki, layihənin adı xoşuna gəlmir: “Biz “Türk axını” adını qəbul edə bilmərik”.

“Alman dalğası” radiostansiyası bu mövzunu şərh edərək qeyd edir ki, Putin yunan baş nazirə “möcüzə-kəmər” təklif edib. Ancaq Kreml rəhbərinin sifətindəki darıxdırıcı ifadəyə əsasən hiss etmək olardı ki, bütün bu deyilənlər başdan ayağa şişirtmədir.

Sonda Putin özü də incə şəkildə bu şişirtməyə görə məsuliyyətdən yaxasını kənara çəkib “Türk axını”ına dair heç bir konkret razılaşma əldə edilmədiyini vurğuladı.

Şərhdə deyilir ki, əslində Rusiyanın dayandırdığı “Cənub axını” layihəsinin dumanlı kölgəsi olan “Türk axını” ilə bağlı məsələ heç də birmənalı deyil.

Rusiya bu layihə ilə Avropa İttifaqının təzyiqləri nəticəsində “Cənub axını”nın tikintisini donduran Bolqarıstandan qisas almaq istəyir. Nümayiş etdirir ki, Bolqarıstan ərazisindən qaz tranziti planlarından imtina edir. Lakin bu, o deməkdir ki, Rusiya Bolqarıstanın yerləşdiyi regiona ildə 50 milyard kubmetr qaz nəql etmək planlarını da reallaşdıra bilməyəcək. Bu planı reallaşdırmaq üçün “Türk axını”nın son nöqtəsindən, yəni Yunanıstanın Türkiyə ilə sərhədindən hansısa kəmər şimala - Bolqarıstana istiqamət almalı idi. Ancaq Bolqarıstan hazırda Rusiya tərəfindən tranzit ölkə kimi nəzərdən keçirilmədiyindən Yunanıstan ideyası meydana çıxıb.

Ancaq Yunanıstandan tranzitlə hara? Məsələ bundadır ki, Yunanıstandan  ancaq Makedoniya və Albaniyaya tranzit mümkündür. Bu ölkələr isə o qədər kasıb və balacadır ki, ildə 63 milyard kubmetr qaz nəqli üçün çəkiləcək kəmərin son nöqtəsi ola bilməzlər.

Ona görə də sonrakı marşrutu planlaşdırmaq lazımdır: Makedoniya-Serbiya-Macarıstan-Avstriya, yaxud Albaniya-Çernoqoriya-Bosniya-Xorvatiya-Sloveniya-Avstriya.

Lakin heç bir variant iqtisadi baxımdan real deyil. Mərkəzi Avropaya qaz nəqli üçün hansısa sayda Cənubi Avropa ölkəsinə ildə yüz milyonlarla dollar tranzit haqqı ödəmək kimə lazımdır? Axı bu cənub ölkələrinin özlərinin qaza tələbatı çox cüzidir.

Deməli, “Türk axını” haqda deyilənlər böyük ölçüdə siyasidir. Rusiyanın iki variantı var: ya siyasi maraqlara üstünlük verib Balkan ölkələrinin bu layihədə iştirakını maliyyələşdirsin, ya da iqtisadi amillərə üstünlük verib Bolqarıstanla incikliyi bir kənara qoysun və bu ölkəni öz planlarına daxil etsin.

O biri yandan “Türk axını”nı Yunanıstandan keçirmək ideyası həm də ona görə şübhə doğurur ki, Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub qaz dəhlizi”nin bir hissəsi - TAP kəməri bu ölkədən keçəcək. Bu kəmərin tikintisi artıq başlayıb.

“Doğrudanmı Moskvada TAP-ı təkrarlamağı qərara alıblar? Yaxud onun Yunanıstanda reallaşmasını pozmaq və TAP-ı Putinlə Tsiprasın barəsində yaxşıca bəhs etdikləri kəmərlə əvəzləmək istəyirlər? Hər halda “Türk axını”nı Yunanıstan ərazisi boyu uzatmaq rus-yunan mifidir, hərçənd ki, çox effektlidir” - deyə “Alman dalğası” qeyd edir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar