Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Access Bank”dan kompensasiya fırıldağı

"Access Bank"ın Nərimanov filialında müştəriyə ödənilməli olunan kompensasiyanı bank əməkdaşı bankın hesabına yazmağa çalışır

Müştəriyə dövlət tərəfindən ödəniləcək kompensasiya məbləğini bank əməkdaşı (Tural bəy) kreditin toplanmış faizlərinə çıxılacağını bildirib.

Müştərinin bizə təqdim etdiyi sənədlərlə tanış olduq və müştərinin haqlı olduğu qənaətinə gəldik və buna baxmayaraq məlumatları Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) ilə də dəqiqləşdirdik. Palatadan verilən məlumata görə yekunda müştəriyə 3353.15 manat kompensasiya ödənilməlidir. Lakin bankın Nərimanov filialında problemli kreditlər şöbəsinin əməkdaşı Tural bəy müştərinin sözügedən məbləğinin kreditin faizlərinə çıxılacağını bildirib.

ELƏCƏDƏ BAX: Kompensasiya ilə bağlı banklarda probleminiz varsa...

Məsələ ilə bağlı sözügedən filialın problemli kreditlər şöbəsinin əməkdaşı Tural bəylə danışdıq. Bank əməkdaşı məsələni təsdiq edərək bildirib ki, fiziki şəxslərin kompensasiya hesablanan əsas kredit borclarına güzəştlərin tətbiq edilməsi maddəsinin 5.2.3 bəndinə əməl etdiyini bildirib. Belə ki, sözügedən maddədə deyilir kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – faiz və dəbbə pulları tam şəkildə ödənilir.

Qeyd edək ki, bankın müştərisi kompensasiyanın əsas kredit borcunun qalığının 30 faizindən az olduğunu bildirir.(Kommersant.az)

pia.az


Etiket: Access Bank

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar