Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bağdadi qocalıb və xəstədir...” - Əmisi oğlunun məhkəmə etirafları...

Bağdadinin əmisi oğlu danışır: “Xəstə və yorğun olduğu üçün təşkilatda ona qarşı çevriliş etmək istəyənlər çox idi”

“The Independent” qəzeti, Türkiyə, 5 avqust 2019-cu il

İŞİD lideri Bağdadinin əmisi oğlu məhkəmədə çıxış edərkən bildirib ki, Bağdadi son vaxtlarda halsız və xəstə kimi görünür.

Qeyd edək ki, İŞİD lideri Əbubəkr Bağdadi sonuncu dəfə təşkilatın apreldə yayımladığı bir propoqanda videosunda görünüb.

Bağdadinin əmisi oğlu Rabah Əli İbrahim Əli əl-Bədri İraq mətbuatına etiraf edib ki, İŞİD terror təşkilatının daxilində fikir ayrılıqları var və təşkilatın lideri Əbubəkr əl-Bağdadinin sağlamlığı da zəifləyib.

İraq Xəbər Agentliyi bildirir ki, İraq Ali Məhkəmə Məclisi Bağdadinin əmisi oğlu Rabah Əli İbrahim əl-Bədrinin bəzi etiraflar etməsi ilə bağlı açıqlama yayıb.

Agentliyin verdiyi xəbərə görə, Rabah Əlinin məhkəmə qarşısında etdiyi etirafda deyilir: “Bağdadi ilə yaxın idim. Birlikdə böyüdük və sonra o, 1980-ci illərin sonunda Bağdada doktorantura üzrə oxumaq üçün getdiyi üçün biz ayrıldıq. Lakin bu müddət ərzində ara-sıra görüşürdük”.

“Bağdadi ilə görüşməyimə onun qardaşı mane olurdu”

Rabah Əli Bağdadi ilə olan görüşləri barədə deyir: “Bizə bir neçə dəfə xəbərdarlıq edildi. Bağdadi ilə görüşməyimə onu həmişə izləyən qardaşı mane olurdu”.

Bağdadinin əmisi oğlu etiraflarına belə davam edib:

“Bir dəfə Şəfa bölgəsində Bağdadinin qardaşı və şəxsi cangüdəni olan terrorçu Əhməd, yanında da tanımadığım bir adamla yanıma gəldi. Məni “Əbu Həcər” deyə çağırdı və onunla gizli bir yerə gəlməyimi istədi. Birlikdə “Kia” model bir yük maşınına mindik və mənim gözlərimi bağladılar. Yəni ki, hara getdiyimizi və haralardan keçdiyimizi görə bilmədim. Gözlərimi açdıqda qarşımda əmim oğlu Bağdadini görüb çox təəccübləndim”.

Rabah Əli belə davam edir:

“Bağdadi 150 metr kubdan böyük olmayan, sadə və kiçik bir evdə yaşayırdı. Yanında bir nəfər də qalırdı. O, mənə düşdüyüm vəziyyətlə və ailəmizlə bağlı suallar verdi. Təşkilatı sarsıdan fikir ayrılıqları və çəkişmələr var idi. Buna görə də, ailələrin bundan zərər çəkməməsi üçün onları başqa bir yerə göndərməyimi istədi.

Ona bildirdim ki, ortalıqda olmadığı üçün təşkilatda kəskin anlaşmazlıqlar yaranıb. Hətta, bir dəfə biz məsciddə olanda tunisli bir nəfər gəlib yüksəs səslə: “Xəlifə haradadır?” - deyə soruşdu”.

Rabah Əlinin etiraflarına görə, Bağdadi deyib ki, onlar üçün işləyən insanlar artıq onları pis vəziyyətə salmağa başlayıb.

Rabah Əli: “O, hadisələri yaxşı başa düşürdü. Bu fikir ayrılıqları böyüyərək yad ərəb terrorçularının təşkil etdiyi bir hücuma çevrildi”.

Rabah Ali qeyd edir ki, təşkilatda xəlifə olmadığını deyərək ən çox ara qızışdıran qrup tunislilərdir. Rabah, həmçinin, Bağdadinin səhhəti barədə də danışıb:

“Bağdadidə yorğunluq, halsızlıq və qocalma problemləri baş qaldırıb. Suriyanın Əbu Kamal şəhərində sol qulağından əməliyyat edildiyi üçün ağrıları vardı. Bağdadi Suriyadakı Şəfa bölgəsindən uzaqda deyildi. Onun yanına 10-15 dəqiqəyə çatmışdım. Bu da onu göstərir ki, olduğu yer çox da uzaqda deyildi, ən azından sahənin içində idi”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar