Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qalib var: Azərbaycan və vətəndaşları

Azər Niftiyev yazır...

Biri var, qatara minəsən, bir də var qatarın arxasınca baxasan. Birincisi hardasa uğurdur, ikincisi isə faciə deyil. Qatara əlin çatmır, daha doğrusu, qatarın artıq gedib. Bununla barışırsan. Nə olar, hamı uğur qazanmaz ki?!

Ən dəhşətlisi odur ki, qatarı buraxıb, onun həzzini karuseldən çıxarasan. Özün üçün yellənəsən, hoppanıb düşəsən. Aşağıda olanda yuxarıdan, yuxarıda olanda aşağıdan dəm vurasan.

Mənasız söhbətlər, ağlasığmaz ritorikalar və manevrlər… Düz tapdınız. Söhbət bir dövlət olaraq əldə etdiyimiz uğurları həzm etməyən, hər vəchlə bu uğurları qaralamağa çalışan fürsətcillərdən gedir. “Milli Şura mitinq keçirdi, hakimiyyət sosial islahatlara getdi”, “Son aksiyamız bir daha göstərdi ki, iqtidarı yalnız bu yolla geri çəkilməyə təhrik etmək olar” və başqa utopik yalanları tirajlayan, “Sadəlövhü tovlamaq üçün hərdən özünü axmaq kimi göstər” devizi ilə hərəkətə keçən, nəticədə isə sözün həqiqi mənasında axmaq duruma düşən “Sorosun uşaqları” növbəti deiznformasiya tirajlamaqla məşğuldurlar.

Kələkidə Əbülfəz Elçibəyin evində yaşayan, Bakıya dönər-dönməz “yurdçu kruqu” ilə ona qarşı təbliğata başlayan, AXCP-ni parçalamaq üçün bu gün bəyənmədiyi dairələrlə separat danışıqlara gedən, bir mandatdan ötəri uzun illər təmsil olunduğu partiyadan istefa verən, “Biz onların əs simasını görmüşük, uzağa getməyək, elə 92-93-cü illərdə” tezisini tirajlayan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi “mücahidlər” noyabrın 2-də növbəti aksiya təyin ediblər. Mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə etdikləri müraciətdən də görünür ki, öncədən hazırlanmış ssenaridə hər hansı problemə etiraz etmək yox, iğtişaş və təxribat yaratmaq niyyətləri yer alır.

Səbəb bəllidir. Prezident İlham Əliyevin verdiyi son bəyanatlar, həyata keçirdiyi islahatlar, qəti tapşırıqlar onların özlərində də əminlik yaradıb ki, ən son “qalasını” itirmək üzrədirlər.

Prezident İlham Əliyevin keçirdiyi müşavirələr, əhali ilə görüşlər zamanı səsləndirdiyi fikirlər, o cümlədən əhalinin sosial rifah halının yüksəlməsinə yönəlik qərarları bir daha sübut edir ki, Azərbaycan dövləti və iqtisadiyyatı yeni və olduqca mühüm bir mərhələyə keçid edir. Bu keçid özlüyündə idarəetmə sisteminə yeni nəfəs gətirilməsini, yaşlı məmur sinfinin daha gəncləri ilə əvəzlənməsini, yenilikçi və kreativ yanaşma tərzinin iqtidara daşınmasını, sahibkarların qarşısında bütün manelərin aradan qaldırılmasını, məmur-oliqarxiya sisteminin çöküşünü özündə ehtiva edir.

Heç şübhəsiz baş verənlər vəzifəyə xalqa xidmət vasitəsi kimi yox, gəlir mənbəyi kimi baxan məmurlar arasında da böyük təşviş yaradır. Öz fəaliyyətlərinə yenidən baxmaq və Prezident İlham Əliyevin iradlarından düzgün nəticə çıxarmaq əvəzinə, bəziləri indiyə qədər törətdikləri əməllərə haqq qazandırmağa çalışırlar. Onlara “gözün üstə qaşın var” deyənləri topa tutan, komromat materiallar ötürməklə hədələyən, hətta like edənləri “gözüm çıxdıya” salan belələri görünür heç düzələnə oxşamırlar.

Lakin unudurular ki, vəzifəyə “dədə malı” kimi baxan, vətəndaşları incitməkdən, süründürməçiliyə salmaqdan həzz alan, fəaliyyət göstərdiyi müddətdə qeyri-qanuni yollarla topladığı vəsaitlər hesabına faktiki olaraq oliqarxa çevrilən, Prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edən məmurların cəzalandırılması qaçılmazdır və Prezident özü də bununla bağlı aydın mesaj verib.

Prezident İlham Əliyev açıq mesaj ötürdü ki, onun yeganə məqsədi Azərbaycan dövlətinin güclənməsi və vətəndaşların rifah halının yüksəlməsidir. Bu isə öz növbəsində ölkəmizi zəif, vətəndaşlarını isə gücsüz görmək istəyən xarici dairələr, o cümlədən daxildəki fürsətcillər üçün açıq mesajdır.

Heç şübhəsiz onların arzuları bu dəfə də gözlərində qalacaq. Qarşılarında qüdrətli, zəngin, gündən-günə inkişaf edən, təxribatçı meyllərin “ayaq aça bilmədiyi” bir dövləti – Azərbaycanı və Azərbaycan xalqının dəstəyini qazanmış Prezident İlham Əliyevi görəcəklər.

Göründüyü kimi, proseslər bir-birini tamamlayaraq zəncirvari şəkildə həyata keçirilir. Və ən əsası, bu prosesdə bir qalib var: Azərbaycan və onun sadə vətəndaşları.

pia.az


Etiket: Azər Niftiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar