Cümə, 10 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

DTX-nin saxladığı deyilən icra başçısı kimdir? - Dosye

Fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin saxlanılması barədə məlumat yayılıb...

Məlumatlarda bildirilirdi ki, İsmayıl Vəliyev rüşvət alarkən tutulub.

DTX-nin ilkin rəsmi açıqlamasında qeyd edilirdi ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib.

Bildirilir ki, həmin vəzifəli şəxslərə qarşı cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Bəs İsmayıl Vəliyev kimdir?

İsmayıl Vəliyev 1959-cu ildə Gəncədə anadan olub. O, 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. Elə həmin ildə də əmək fəaliyyətinə başlayıb.

O, karyerasına Əli Bayramlı (indiki Şirvan) Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

Daha sonra Əli Bayramlı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub. İsmayıl Vəliyev daha sonrakı illərdə karyera pillələrində daha da irəliləyərək, yüksək vəzifələrdə çalışıb.

1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.

Onun fəaliyyətində bankçılıq da yer tutur. İsmayıl Vəliyev 1991-1992-ci illərdə “İlk Bank” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib.

İsmayıl Vəliyev 1992-1994-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi kimi çalışıb.

O, sonralar gömrük sahəsində də özünü sınayıb.

Belə ki, 28 mart 1995-ci ildən 24 may 1995-ci ilədək Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

24 may 1995-ci ildən 29 may 1996-cı ilədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı ildən 21 may 1998-ci ilədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci ildən 21 yanvar 1999-cu ilədək Gömrük Komitəsi sədrinin müşaviri işləyib.

21 yanvar 1999-cu ildən 3 yanvar 2001-ci ilədək Dövlət Analitik Şöbənin rəisi, 3 yanvar 2001-ci ildən 31 may 2005-ci ilədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

1 iyun 2005-ci ildən 24 avqust 2005-ci ilədək “Petrogeoaz” Məhdud Məsuliyyəti Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib.

Bundan sonra isə İsmayıl Vəliyev icra başçısı vəzifəsinə təyinat alıb. O, 2005-2011-ci illərdə Qobustanın icra başçısı olub.

2011-ci ildə isə Neftaçalanın icra başçısı vəzifəsinə təyinat alıb.

Yerli mətbuatdakı iddialara inansaq, İsmayıl Vəliyevin bioqrafiyasına onun reputasiyasına ciddi ziyan vura biləcək məlumatları da əlavə etmək olar.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin fevralın 20-də imzaladığı sərəncamla İsmayıl Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.(oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi açıqlandı - Rəsmi

“Virusla bağlı qara günlər qarşıdadır” - Sağ qalmaq üçün 7 qızıl şərt...

Ziyalılar Mübariz Mənsimova görə İlham Əliyevə müraciət etdi - Siyahıda 138 ad var

Siyasi şərhçi: “Hökumət yardım paketinə yenidən baxmalıdır”

Ziyafət Əsgərov: “Dövlətə bu qədər düşmən kəsilmək olmaz”

Nərminin qətli ilə bağlı daha bir məhkəmə qərarı açıqlandı

loading...

Ən çox oxunanalar